12px13px15px17px
Tarix:10/09/13

Çində internetdə yalan danışanlar həbs olunacaq


Çində internetdə həqiqətəuyğun olmayan şayiə və məlumatların yayılması üçün azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan qanun qüvvəyə minib.

Yeni qanun vətəndaşlar tərəfindən səsləndirilən böhtanın internet şəbəkəsində geniş yayılması  halında onları məsuliyyətə cəlb etməyə imkan verir. Belə ki, 500-dən çox şərh toplayan yalan məlumat müəllifi 3 ilədək azadlıqdan məhrum ola bilər. Həbs müddəti 5 mindən artıq baxış sayı olan məlumatların müəllifləri üçün də nəzərdə tutulub.   

Çin hökumətinin nümayəndələri yeni qanun yaranmasını cəmiyyətin internetdə yayılan məsuliyyətsiz şayiələrə reaksiyası kimi izah ediblər. Rəsmilərin bildirdiyinə görə, bu cür məlumat alan şəxslər mənəvi əzab çəkirlər.
Çin hökumətinin internetdə şayiələrin yayılması ilə mübarizəsi hakimiyyətə prezident Si Tsinpin gəldikdən bir neçə ay sonra başlayıb. Son həftə ərzində internetdə yalan məlumatın yayılmasına görə bir neçə yüz insan sorğu-sual edilib ki, onların da bir hissəsi nəticədə nəzarət altına alınıb.

Ən böyük hadisələrdən biri Uxan şəhərində 27 nəfərin həbs edilməsi olub. Onların həbs olunması ilə əlaqədar şəhər polisi tərəfindən internetdə şayiələrin yayılması ilə məşğul olan cinayətkar qrupun fəaliyyətinin qarşısının alınması elan olunub, - "Lenta www.lenta.ru" yazır.



Baxış sayı: 716

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024