12px13px15px17px
Tarix:10/09/13

Avropa komissarı Aİ-ni ümumi məlumat mühafizəsi qaydalarının tətbiqinə çağırıb


Avropa İttifaqının (Aİ) ədliyyə məsələləri üzrə komissarı Viviane Redinq 2014-cü ilin mayınadək məlumatların mühafizəsi sahəsində vahid Avropa qanununu qəbul etməyə çağırıb.  
 
ABŞ xüsusi xidmət orqanları tərəfindən məlumatların ələ keçirilməsi ilə bağlı gedən diskussiyalar fonunda komissar bildirib ki, Aİ ölkələri məlumatların mühafizəsi üzrə yeni qaydalara dair razılığa gəlməlidir.    
 
V.Redinq ABŞ və Avropa Parlamentini 2014-cü ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilərədək müvafiq islahatları təsdiq etməyə çağırıb. Xatırladaq ki, Aİ-də məlumatların mühafizəsi sahəsində vahid qanunvericilik mövcud deyil.
 
Bununla əlaqədar V.Redinq Almaniyanın məlumatların mühafizəsinə dair qanununu nümunəvi adlandırıb. O qeyd edib ki, buna görə bu sənəd yeni qanun layihəsinin əsası olmalıdır. Eyni zamanda, avropalı komissar Böyük Britaniyanın dəstəyinə daha ümid etmir, çünki ölkə müstəsna olaraq amerikalılarla razılaşdıqdan sonra hərəkət edir və Avropa qanunlarında maraqlı deyil.
 
Onun sözlərinə görə, yeni məlumatların mühafizəsi qaydaları mənzil-qərargahları Aİ-dən kənarda yerləşən şirkətlərə də şamil olunacaq. Qanun pozulduqda, onlar şirkətin dünya bazarındakı mədaxilinin 2 faizi həcmində cərimə oluna bilərlər, - "IT Expert www.itexpert.org.ua” yazır. 



Baxış sayı: 893

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024