12px13px15px17px
Tarix:10/09/13

İnformasiya texnologiyaları sosial rifahın təminində mühüm rol oynayır

BMT-nin baş katibi Pan Qi Mun dünyada yoxsulluq və inkişafın irəliləyişi ilə mübarizədə informasiya-kommunikasiya texnologiyaları, həmçinin sosial medianın vacib rolunu vurğulayıb.

"Əhalinin başqa kateqoriyaları ilə müqayisədə gənclər informasiya-kommunikasiya texnologiyalarının qlobal əhəmiyyətini daha yaxşı başa düşür. Son bir neçə ildə gənclər tərəfindən yaradılan sosial media platformalarının hansı dəyişikliklərə səbəb olduğunun şahidi olmuşuq" – baş katib Qlobal Gənclər Sammitinə müraciətində deyib.

"ICTnews.az" elektron xəbər xidməti BMT-nin rəsmi saytına istinadən xəbər verir ki, qlobal Gənclər Forumu Beynəlxalq Telekommunikasiya İttifaqının təşəbbüsüdür.

Pan Qi Mun vurğulayıb ki, informasiya-kommunikasiya texnologiyaları BMT-nin işində mühüm rol oynayır: vətəndaşları dinləməyə və onların ümidlərinə cavab verməyə kömək edir.

Emil Hüseynov
 
 



Baxış sayı: 698

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024