12px13px15px17px
Tarix:10/09/13

“Microsoft” yeni “Surface” planşetini anons etməyə hazırlaşır

“Microsoft” şirkəti yeni  “Surface 2” planşetinin anons ediləcəyi ehtimal edilən xüsusi tədbirə dəvətnamələri paylayıb.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkət yeni məhsulunu redmondda Kremniy vadisində yerləşən qərargahında  deyil, Nyu-Yorkda təqdim etmək niyyətindədir.

Bir çox ekspertlər əmindirlər ki, şirkət “SurfaceRT” mini-planşeti ilə bağlı heç bir anons etməyəcək, ehtimal edilir ki, şirkət “Windows 8.1”-ə keçən “Surface Pro 2” planşetinin yenilənmiş  versiyasını  təqdim edəcək və həmçinin yeni “Intel Core i Haswell” mikroprosessorunu alacaq.
 
Ekspertlər hesab edirlər ki, korporasiya “Surface Pro 2” planşetlərində “Core i5 Haswell” prosessorlarını yerləşdirəcək, bununla yanaşı, 4 GB əməliyyat yaddaşı əlavə edəcək və beləliklə, bu göstəricini 8 GB-dək artıracaq. Şirkət alıcılar üçün planşetin qiymətini  dəyişməyəcək, çünki öncə “Microsoft” həddindən artıq yüksək qiymətlərlə bağlı tənqidə məruz qalıb.
 

Xatırladaq ki, avqustda “Nvidia” şirkətinin “Microsoft” ilə birgə “SurfaceRT” planşetinin  “Tegra 4” SoC-sistemi əsasında işləyəcək yenilənmiş versiyası üzərində işləyir. Lakin artıq bir aydır ki, bu tərəfdaşlıq haqda heç bir məlumat yoxdur.

Aynur Vəliyeva
 



Baxış sayı: 671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024