Tarix:11/09/13
"AzScienceNet" elm kompüter şəbəkəsi xidmətlərinin sayını bir qədər də artırıb. Hazırda şəbəkənin xidmət siyahısında "AzCloud", "AzStorage" və "AzVirtual" xidmətləri də yer alıb. Azərbaycanda ilk dəfə qurulan "AzCloud" xidməti istifadəçilərə qısa bir müddət ərzində böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həlli üçün virtual hesablama maşınları təqdim edir.
"AzStorage" xidməti isə vacib məlumatların saxlanılması üçün yaddaş resursları təqdim edir. İstifadəçinin kompüterinin yaddaşı kifayət etmədikdə və ya xüsusi əhəmiyyətli faylları daha təhlükəsiz yerdə saxlamaq istədikdə bu xidmətə müraciət etmək olar. "AzVirtual" xidmətinə gəlincə, bu bölmədə istifadəçiyə həll olunması böyük resurslar tələb olunan məsələlərin həlli üçün virtual maşınlar təqdim edilir. İstifadəçinin kompüterinin gücü çatmayan məsələləri asanlıqla bu xidmətdən istifadə edərək həll etmək mümkündür. Sözügedən xidmətlərin hər biri pulsuzdur və yalnız AMEA-nın institut və ya təşkilatları üçün nəzərdə tutulub.
Xidmətlərdən istifadə etmək üçün müvafiq müraciət forması doldurulmalı, açılan məktub rəsmi blankda çap edilərək, institutun və ya təşkilatın rəhbərinin imzası ilə AMEA İnformasiya Texnologiyaları İnstitutuna göndərilməlidir. Xidmətlərdən istifadəni asanlaşdırmaq məqsədi ilə xidmətlərin təqdim edildiyi saytda müvafiq istifadəçi təlimatları da yerləşdirilib.
Qeyd edək ki, "AzScienceNet" elm kompüter şəbəkəsi Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarını elmi tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həyata keçirilməsi zəruri olan müasir şəbəkə xidmətləri ilə təmin edir. Şəbəkənin yaradılması Azərbaycan elmi tədqiqat və təhsil mühitini Avropa elmi tədqiqat və təhsil fəzasına inteqrasiya edərək ölkəmizdə dünya standartlarına uyğun texnologiya və xidmətlərin istifadə edilməsinə, tədqiqatçıların bu mühitdə daha səmərəli fəaliyyət göstərməsinə imkan verir. "AzScienceNet"-in əsas vəzifəsi istifadəçilərinə günün 24 saatı ərzində qlobal internet şəbəkəsinə yüksəksürətli, təhlükəsiz çıxışı təmin etməkdir. Şəbəkə istifadəçilərə çoxsaylı internet xidmətləri (hosting, elektron poçt, elektron kitabxana, distant təhsil, AZ-CERT, eduroam və s.) göstərir. Onun infrastrukturunun yeni telekommunikasiya və server avadanlıqları ilə təmin edilməsi və onlar üzərində müxtəlif internet xidmətlərinin yerinə yetirilməsi şəbəkənin dünyanın, o cümlədən Avropanın müxtəlif şəbəkə infrastrukturlarına inteqrasiya olunmasını daha da sürətləndirəcək.
"AzScienceNet" İnformasiya Texnologiyaları İnstitutu tərəfindən aparılan müvafiq elmi tədqiqat işləri və şəbəkə texnologiyaları sahəsində kadr hazırlığı istiqamətində eksperimental baza rolunu oynayır.
Həqiqət İSABALAYEVA
Azərbaycanda ilk dəfə qurulan “AzCloud” xidməti qısa bir müddətdə mürəkkəb məsələlərin həlli üçün virtual hesablama maşınları təqdim edir

Baxış sayı: 1097
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır