12px13px15px17px
Tarix:11/09/13

"VKontakte" sosial şəbəkəsinin gündəlik auditoriyası 50 milyonu ötüb

"VKontakte" sosial şəbəkəsinin gündəlik auditoriyası 50 milyonu ötüb. Bu barədə sentyabrın 10-da sosial şəbəkənin yaradıcısı Pavel Durov deyib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, onun sözlərinə görə, bazar ertəsi "VKontakte" sosial şəbəkəsinin günlük auditoriyası 50,9 milyon istifadəçi təşkil edib.   Sözügedən sosial şəbəkə MDB-də ən populyar və sürətli inkişaf edən sosial şəbəkədir" – Durov öz səhifəsində status yazıb. “TNS Global”ın məlumatlarına əsasən, 2012-ci ilin avqustunda "VKontakte"nin gündəlik auditoriyası iki dəfə (22 milyon) az idi.

Xatırladaq ki, "VKontakte" sosial şəbəkəsi 2006-cı ildə istifadəyə verilib və hazırda Runetin ən çox ziyarət edilən resurslarından biridir.

Emil Hüseynov
 
 



Baxış sayı: 752

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024