Tarix:11/09/13
“İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru” xidməti “Elektron hökumət” portalına daxil edilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu xidmət işsizlik müavinətinin qısa müddət ərzində elektron qaydada hesablanmasını nəzərdə tutur: “Xidmət vasitəsilə işsizlik müavinətinin elektron qaydada 3-5 dəqiqə ərzində hesablanması təmin edilir”.
Vətəndaşın iş staji 6 aydan azdırsa və 6 aydan gec məşğulluq idarəsinə qeydiyyata düşübsə, respublika üzrə minimum məbləğ hesablanır: “Əgər 18 yaşına catmamış uşağı varsa, üzərinə hər uşağa görə minimum məbləğin 10 faizi hesablanır. Əgər 5 uşaqdan çox olarsa və istifadəçi 5 uşaqdan çox daxil etməsinə baxmayaraq maksimum 5 uşağın faizi hesablanır. Uşaq olmadığı təqdirdə respublika üzrə təyin olunmuş minimum müavinətin məbləği hesablanacaq”.
Vətəndaşın iş staji 6 aydan çoxdursa və məşğulluq idarəsinə 6 aydan tez qeydiyyata düşübsə, pəncərə açılır, açılan pəncərədə istifadəçinin axırıncı iş yerindən çıxdığı son birillik əməkhaqqını aylar üzrə cədvələ daxil etmək tələb olunur. Yekun nəticə ayların sayına bölünür və 70 faizə vurulur. İstifadəçinin orta əməkhaqqının 70 faiz və digər əlavələr hesablandıqdan sonra alınan məbləğ ümumi respublika orta əməkhaqqından çox olduğu təqdirdə avtomatik olaraq işsizlik müavinətinin miqdarı orta aylıq əməkhaqqı həcmində müəyyənləşdirilir.
İnteraktiv növlü elektron xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilir.
CAHANGİR
Artıq vətəndaşlar işsizlik müavinətinin məbləğini “Elektron hökumət” portalı vasitəsilə hesablaya bilərlər

Baxış sayı: 1409
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır