Tarix:11/09/13
Fransanın baş naziri Jan-Mark Eyronun katibliyi ölkə nazirlərinə məxfi informasiyanın ötürülməsi zamanı smartfonlardan istifadəni qadağan edib. Cari ilin avqustunda kabinet üzvlərinə verilən göstərişdə qeyd edilir ki, əvvəlki aylarda Fransada və dünyada rabitə sistemlərindən məxfi məlumatların ələ keçirilməsinə yönələn bir sıra elektron hücumlar baş verib.
“Kommersiya şəbəkələrindən alınan smartfonlardan istifadə edərkən məxfi məlumatların ötürülməsinə icazə verilmir. Hətta üstündə tam məxfi yazısı olmayan xidməti əhəmiyyətə malik istənilən informasiya Milli İnformasiya Sistemləri Agentliyi tərəfindən sertifikatlaşdırılan terminallar vasitəsilə ötürülə bilər”, - sənəddə qeyd olunur.
Bundan başqa, nazirlərə xatırladılıb ki, qanunlara əsasən, milli müdafiə sahəsinə aid məxfi şriftli məlumatların ötürülməsinə yalnız bunun üçün nəzərdə tutulan xüsusi aparatlar vasitəsilə icazə verilir.
Bununla yanaşı, kabinet üzvlərinə məsləhət görülüb ki, xaricdə telefon danışıqları və ya elektron şəbəkələrlə məlumatların ötürülməsi müxtəlif beynəlxalq təşkilatların ərazisində, aeroport, hotel, restoran və internet kafelərdə dinlənə və ələ keçirilə bilər, - “Vesti www.vesti.ru” yazır.
Fransız nazirlərin smartfonlardan istifadəsi məhdudlaşdırılıb

Baxış sayı: 628
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır