Tarix:12/09/13
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən mövzuda təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin ənənəvi konfransında çıxış edib. Nazir məktəblərin dayanıqlı internetlə təmin olunması istiqamətində nəzərdə tutulmuş dəyişikliklərdən söz açaraq qeyd edib ki, təhsil ocaqlarının beynəlxalq şəbəkəyə qoşulması ilə bir çox məsələlər öz həllini tapacaq.
Təhsil naziri yeni tədris ilində ilk dərsin vətənpərvərlik mövzusuna həsr olunacağını söyləyib. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına göstərilən qayğıdan danışan nazir respublikada əlverişli təlim mühitinin yaradılması istiqamətində çox mühüm işlərin görüldüyünü və təhsilin prioritet elan edildiyini nəzərə çatdırıb.
SEYMUR
Azərbaycan məktəblərinin dayanıqlı internetlə təmin olunması üçün dəyişikliklər nəzərdə tutulub
Azərbaycanda orta məktəblərin internetlə təchiz olunması hökumətin həyata keçirdiyi siyasətə daxildir. Beynəlxalq şəbəkəyə qoşulmaq uşaqların və müəllimlərin püxtələşməsində mühüm rol oynayan amillərdən biridir və günün tələbləri ilə uzlaşır. Ona görə də ölkənin orta məktəblərinin dayanıqlı internetlə təmin olunması istiqamətində nəzərdə tutulmuş dəyişikliklər bu məsələnin daha da irəli aparılmasına hesablanıb."ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən mövzuda təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin ənənəvi konfransında çıxış edib. Nazir məktəblərin dayanıqlı internetlə təmin olunması istiqamətində nəzərdə tutulmuş dəyişikliklərdən söz açaraq qeyd edib ki, təhsil ocaqlarının beynəlxalq şəbəkəyə qoşulması ilə bir çox məsələlər öz həllini tapacaq.
Təhsil naziri yeni tədris ilində ilk dərsin vətənpərvərlik mövzusuna həsr olunacağını söyləyib. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına göstərilən qayğıdan danışan nazir respublikada əlverişli təlim mühitinin yaradılması istiqamətində çox mühüm işlərin görüldüyünü və təhsilin prioritet elan edildiyini nəzərə çatdırıb.
SEYMUR
Baxış sayı: 621
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib