12px13px15px17px
Tarix:12/09/13

“VikiHərəkat” çərçivəsində ilk təlimlər sentyabrın 21-də başlayacaq


“VikiTəlimçilərin təlimi” üçün ərizə qəbulu hazırda davam edir. 21-22 sentyabr tarixlərində artıq ilk təlimlərə start veriləcək.
 
 
“Təlimçilərin təlimi”ndə ölkənin 5 regionundan (Şimal, Qərb, Mərkəzi Aran, Cənub, Bakı-Sumqayıt) seçiləcək iştirakçılara 2 günlük təlim keçiriləcək. Hər regiondan 3, Bakı və Sumqayıt şəhərlərindən isə internet istifadəçilərinin sayını nəzərə alaraq, ümumilikdə 6 iştirakçı seçiləcək.
 
Bu təlimin nəticəsində 18 “Vikipedia” təlimçisi hazırlanacaq. Təlimlərdə “Vik” texnologiyası, “Vikipedia” haqqında anlayış, onun əhəmiyyəti, “Vikilayihə”lər (Vikilüğət, Vikikitab, VikiSitat, VikiMənbə, VikiNövlər, VikiXəbər, VikiVersitet), İKT-nin inkişaf tempinin “Vikpedia”ya təsiri, “Vikipedia”nın mənfi təsirləri və onun qarşısının alınması kimi ümumi mövzular barədə məlumat veriləcək.
 
Bundan başqa, təlim iştirakçıları “Vikimedia Commons”, “Vikilayihə”lərdə fəaliyyət, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi, daxili və xarici keçidlərin yaradılması, şablonlar və s. kimi çoxçeşidli praktiki mövzularda da məlumatlandırılacaqlar. İştirakçılar praktiki tapşırıqlar da yerinə yetirəcəklər. Sözügedən təlimlər Azərbaycan “Vikipedia”sının "İdarəçi" statusuna malik təcrübəli “Vikipedia”çılar - Sultan Hümbətov və Tərxan Paşazadə tərəfindən keçiriləcək.
 
“Könüllülər üçün təlim”ə gəlincə, bu təlimlərdə isə birinci mərhələdə hazırlanmış təlimçilər öz regionunda 10 “Vikipedia” könüllüsünə təlim keçəcəklər. Təlimlər Qərb regionu üzrə Gəncədə, Şimal regionu üzrə Xaçmazda, Mərkəzi Aran regionu üzrə isə Şirvanda baş tutacaq. “Könüllülər üçün təlim” çərçivəsində 5 təlimin keçirilməsi nəzərdə tutulur.
 
Qeyd edək ki, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur. “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icra olunan və ilin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipedia” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipedia” könüllülük hərəkatının yayılmasından ibarətdir.
 
HƏQİQƏT



Baxış sayı: 1180

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024