Tarix:12/09/13
Hesabatın müəllifləri deyiblər ki, son bir neçə il ərzində planşetlər FK bazarını müntəzəm surətdə “yeyib”.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, bu ilin avqustunda “IDC” şirkəti planşetlərin tədarük həcmi üzrə proqnozunu 1% azaldaraq bildirib ki, bu il onların sayı 227,4 milyon olacaq. Daşınan elektronikanın (“ağıllı” saat, “ağıllı” eynək və sairə) bazara çıxarılması buna səbəb kimi göstərilir.
Analitik şirkət, həmçinin qeyd edib ki, 2013-cü ildə internetə qoşulan “ağıllı” qurğuların tədarük həcmi 10.6% artacaq, lakin 2017-ci ildə bu göstərici büdcəyə uyğun smartfonların axınına görə yalnız 3,1% artacaq. Bu il internetə qoşulan “ağıllı” qurğular bazarının həcmi 622 milyard dollar təşkil edəcək.
“IDC”-nin proqnozuna əsasən, 2013-cü ildə 134,4 milyon FK, 180,9 milyon noutbuk, 227,3 milyon planşet və 1,01 milyard smartfon satılacaq.
Emil Hüseynov
Gələn rüb planşetlər tədarük həcminə görə fərdi kompüterləri ötəcək
“IDC” analitik şirkətinin proqnozuna əsasən, bu ilin dördüncü rübündə planşetlərin tədarük həcmi masaüstü fərdi kompüter və noutbukların tədarük həcmini ötəcək.Hesabatın müəllifləri deyiblər ki, son bir neçə il ərzində planşetlər FK bazarını müntəzəm surətdə “yeyib”.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, bu ilin avqustunda “IDC” şirkəti planşetlərin tədarük həcmi üzrə proqnozunu 1% azaldaraq bildirib ki, bu il onların sayı 227,4 milyon olacaq. Daşınan elektronikanın (“ağıllı” saat, “ağıllı” eynək və sairə) bazara çıxarılması buna səbəb kimi göstərilir.
Analitik şirkət, həmçinin qeyd edib ki, 2013-cü ildə internetə qoşulan “ağıllı” qurğuların tədarük həcmi 10.6% artacaq, lakin 2017-ci ildə bu göstərici büdcəyə uyğun smartfonların axınına görə yalnız 3,1% artacaq. Bu il internetə qoşulan “ağıllı” qurğular bazarının həcmi 622 milyard dollar təşkil edəcək.
“IDC”-nin proqnozuna əsasən, 2013-cü ildə 134,4 milyon FK, 180,9 milyon noutbuk, 227,3 milyon planşet və 1,01 milyard smartfon satılacaq.
Emil Hüseynov
Baxış sayı: 604
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır