12px13px15px17px
Tarix:12/09/13

Azərbaycanda rabitə xidmətlərinin həcmi 7 faiz artıb


Bu ilin yanvar-avqust aylarında ölkədə xidmət sahələri sırasında sürətlə inkişaf edən sahələrdən biri rabitə sektoru olub.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, müvafiq dövr ərzində rabitə sahəsinin müəssisələri tərəfindən əhaliyə, idarə və təşkilatlara faktiki qiymətlərlə 985.0 milyon manatlıq və ya ötən ilin səviyyəsindən 7.0 faiz çox rabitə xidməti göstərilib.
 
Bununla yanaşı, xidmət sahələrində yaradılmış əlavə dəyərin 1.7 faizi rabitənin payına düşüb.
 
Eyni zamanda, ölkədə kompüter və digər elektron avadanlıqları istehsalında 14.6 faiz artım qeydə alınıb.
 
CAHANGİR



Baxış sayı: 667

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024