12px13px15px17px
Tarix:12/09/13

“Yahoo!” şirkəti dirçəlir

"Yahoo!"-nun baş direktoru Marissa Mayer San-Fransiskoda keçirilmiş "TechCrunch" konfransından deyib ki, son üç ildə ilk dəfə "Yahoo!"-nun auditoriyasında canlanma hiss olunub və bir ildə təxminən 20% artıb.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki,  o deyib ki, hazırda "Yahoo!"-nun portallarına aylıq təxminən 800 milyon insan daxil olur. Xatırladaq ki, Marissa Mayer şirkətdə 15 aydır "CEO" vəzifəsində işləyir.

Bundan başqa, o deyib ki, son ildə "Yahoo!"-nun səhmlərinin qiyməti iki dəfə artıb.

Mayer bildirib ki, bu yaxınlarda "udulmuş" "Tumblr" xidmətinin auditoriyası nəzərə alınmayıb. Həmçinin o etiraf edib ki, "Yahoo"-nun trafikinin artmasına baxmayaq, şirkət hələ trafikin kommersiyalaşması üçün universal həll tapmayıb.

Emil Hüseynov
 
 



Baxış sayı: 640

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024