Tarix:13/09/13
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, fotoşəklə düzəliş etmək üçün onu açmaq və "Dəyişdirmək" düyməsinə sıxmaq lazımdır. İstifadəçilər fotoşəklin və ya seçilmiş hissənin parlaqlıq, ziddiyyət və dolğunluğunu dəyişdirə, kəskinliyini artır, döndərə, kəsə və rəng effektlərini tətbiq edə bilərlər.
Bu redaktor “Nik Software” şirkətinin həllərinə əsaslanır. İnternet nəhəngi bu şirkəti 2012-ci ilin sentyabrında satın alıb.
“Google+”un veb-versiyasına quraşdırılmış fotoredaktor yalnız “Chrome” brauzerində işləyir. “Google” şirkəti bunu belə izah edir ki, fotoşəklin redaktəsi üçün alətlər brauzerdə “native” kodun icrası üçün nəzərdə tutulmuş “Native Client” texnologiyasının tətbiqinə əsaslanır. Başqa brauzerlər sözügedən texnologiyanı dəstəkləmir.
Emil Hüseynov
“Google+” sosial şəbəkəsinə fotoredaktor quraşdırılıb
“Google+” sosial şəbəkəsinin veb-versiyasında istifadəçilər tərəfindən yüklənmiş fotoşəkillərin redaktəsi üçün alətlər istifadəyə verilib. Bu barədə “Google”un əməkdaşı Coş Haftel şəxsi səhifəsində deyib.“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, fotoşəklə düzəliş etmək üçün onu açmaq və "Dəyişdirmək" düyməsinə sıxmaq lazımdır. İstifadəçilər fotoşəklin və ya seçilmiş hissənin parlaqlıq, ziddiyyət və dolğunluğunu dəyişdirə, kəskinliyini artır, döndərə, kəsə və rəng effektlərini tətbiq edə bilərlər.
Bu redaktor “Nik Software” şirkətinin həllərinə əsaslanır. İnternet nəhəngi bu şirkəti 2012-ci ilin sentyabrında satın alıb.
“Google+”un veb-versiyasına quraşdırılmış fotoredaktor yalnız “Chrome” brauzerində işləyir. “Google” şirkəti bunu belə izah edir ki, fotoşəklin redaktəsi üçün alətlər brauzerdə “native” kodun icrası üçün nəzərdə tutulmuş “Native Client” texnologiyasının tətbiqinə əsaslanır. Başqa brauzerlər sözügedən texnologiyanı dəstəkləmir.
Emil Hüseynov
Baxış sayı: 658
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib