Tarix:13/09/13
BMT-nin İnkişaf Proqramı (BMTİP) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Azərbaycanda Məşğulluğun və İnnovasiyanın Təşviqi” adlı birgə layihəsi çərçivəsində Sumqayıt SYSLAB Mərkəzi fəaliyyətə başlayır.
BMT-nin rezident əlaqələndiricisi və BMTİP-nin rezident nümayəndəsi Antonius Bruk Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Norveçin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə birlikdə mərkəzin təntənəli açılışında iştirak edib. SYSLAB mərkəzlərinin Azərbaycanda işsizliyin aradan qaldırılmasında rolunun olduğunu bildirən A.Bruk mərkəzlərin ölkədə məşğulluq probleminin həlli, eləcə də iş axtaran və işə götürənlərin ehtiyaclarının ödənilməsində göstərdiyi dəstəyi vurğulayıb.
SYSLAB Mərkəzi iş axtarma bacarıqlarının inkişaf etdirilməsi, bacarıqlara uyğun iş yerlərinin tapılması, özünü təqdim etmək və işə götürənlərin tələblərinə uyğun ünsiyyət qurmaq bacarıqları üzrə metodologiyalar hazırlayırlar.
Onlar həmçinin işin tələb və ehtiyaclarına uyğun namizədin tapılmasında işəgötürənlərə yardım edirlər. Öz nitqində A.Bruk hökumət və özəl sektor nümayəndələrinə səslənərək, SYSLAB-ın həyata keçirdiyi layihələrin Azərbaycanın digər şəhər və rayonlarında da tətbiq edilməsi üçün lazımi maliyyə vəsaitini ayırmağı və bu təcrübəni genişləndirməyi məsləhət görüb.
Qeyd edək ki, layihə çərçivəsində ilk əvvəl Bakı SYSLAB Mərkəzi yaradılıb. Digər bir SYSLAB Mərkəzinin 2014-cü ildə Gəncədə açılması planlaşdırılıb. 2011-ci ildə SYSLAB adlı Norveçdə yerləşən qeyri-hökumət təşkilatı tərəfindən təqdim olunan bu innovativ metodologiyanın təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyi birgə layihə imzalayıblar. Layihə Azərbaycan və Norveç Hökuməti və BMTİP tərəfindən birgə maliyyələşdirilib.
Layihənin məqsədi 2006-2015-ci illəri əhatə edən Azərbaycan Respublikasının Milli Məşğulluq Strategiyasının həyata keçirilməsinə dəstək və işsizliyin aradan qaldırılması, eləcə də həvəsli və bacarıqlı işçi qüvvəsi vasitəsilə yerli və regional biznesin inkişafına töhfə verməkdir. Mərkəz indiyədək 160-dan çox işsizə təlim keçib və onlardan təxminən 86%-i işlə təmin olunub.
Həqiqət İSABALAYEVA
“Azərbaycanda Məşğulluğun və İnnovasiyanın Təşviqi” adlı birgə layihə çərçivəsində Sumqayıt SYSLAB Mərkəzi fəaliyyətə başlayır

Baxış sayı: 712
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır