12px13px15px17px
Tarix:14/09/13

“Ağıllı” saatlar

Koreyanın "Samsung" şirkəti sentyabrın 5-də diqqəti "Galaxy Gear" "ağıllı" saatlarına yönəltdi. Bu, bazarda təqdim edilmiş ilk "ağıllı" saat deyil. Oxşar qurğular artıq yaxın gələcəkdə "Google" və "Apple" şirkətləri tərəfindən də istehsal edilə bilər.
 

 
Koreyanın "Samsung Electronics" şirkəti sentyabrın 5-də "IFA 2013" sərgisində "Galaxy Gear" "ağıllı" saatı daxil olmaqla, öz yeni mobil həllərini təqdim edib. Ekspertlərin əksəriyyəti əmindir ki, sözügedən "ağıllı" saatlar elektron cihaz təkamülünün növbəti mərhələsidir.
Şirkət, həmçinin öz qabaqcıl smartfon və planşetinin yeni versiyalarını təqdim edib.
Ekspertlərin əksəriyyətinin hesab etdiyi kimi, "Samsung" şirkəti "Gear" qurğusunu sərbəst cihaz kimi deyil, yeni "Galaxy Note 3" smartfonu və ya "Galaxy Tab 10.1 2014 Edition" planşetinə ortaq qurğu kimi təsvir edib. "Gear" qurğusu görünüşcə böyük elektron qol saatına oxşayır və  sensor ekran və daxili kamera ilə təchiz edilib. Bundan başqa, "Gear" üçün tətbiq və oyunları ayrıca layihələşdirmək lazım gəlib, çünki smartfon tətbiqləri sözügedən saatın kiçik ekranına yerləşmir.
"Samsung"dan bildirilib ki, şirkət "Gear" cihazında saat və smartfonun  iş prinsiplərini birləşdirməyə çalışıb, buna görə də qurğudan həm daxili hava müştərisi ilə təchiz edilmiş adi saat, həm də internet-kommunikasiya üçün qabaqcıl cihaz kimi istifadə etmək olar.
"Ağıllı" saat 800 MHs takt tezlikli prosessor, 512 MB əməli yaddaşla təchiz edilib. Sensor ekranın diaqonalı 1,63 düym, təsvir ölçüsü 320x320 piksel təşkil edir və o, "SuperAMOLED" texnologiyası üzrə hazırlanıb.
"Gear" "ağıllı" saatlarının korpusu alüminiumdan işlənib hazırlanıb. Onun interfeysi görünüşcə "Windows Phone" platformasına oxşayır.
Sözügedən saatların qayışı alıcının istəyindən asılı olaraq altı rəngdən birində hazırlana bilər. Qayışa kamera quraşdırılıb və onun təsvir ölçüsü 1,9 meqapiksel təşkil edir. Çəkilmiş fotoların təsvir ölçüsü 1392x1392 və ya 1280x960 piksel ola bilər. Həmçinin video çəkmək olar, lakin onun uzunluğu 10 saniyə təşkil edə bilər.
"Ağıllı" saat sensor ekranın köməkliyi ilə idarə edilir. Tədarük dəstinə səsli əmri dəstəkləyən "S Voice", foto qalereya, musiqi pleyeri, addımölçən və digər tətbiqlər daxildir.
Qurğu sentyabrın 25-də bütün dünyada 299 dollar qiymətinə satışa çıxarılacaq.
 
 
 
Sony SmartWatch 2
 

 
Yaponiyanın "Sony" şirkəti "Samsung" şirkətindən daha əvvəl "ağıllı saat" hazırlamağa başlayıb. Bu yaxınlarda yapon şirkəti artıq qurğusunun ikinci nəslini elan edib və o, sentyabrda bazara çıxarılmalıdır. "SmartWatch 2" "Android" mobil əməliyyat sistemi ilə işləyir, lakin  burada kamera, tətbiqlərin geniş seçimindən söhbət belə getmir.
 
 
 
 
 
 
Pebble Watch
 

 
2012-ci ildə elektron mürəkkəb (E-Ink) texnologiyası əsasında hazırlanmış ekranla təchiz edilmiş "Pebble Watch" saat layihəsi "Kickstarter" resursunun istifadəçilərindən 10 milyon dollar toplamağa müvəffəq olub. 2013-cü ildə qurğu istehsal edilib. "Galaxy Gear"in fonunda bu cihaz kifayət qədər solğun görsənir. Sözügedən qurğunun əsas üstünlüyü ekranla bağlıdır: "E-Ink" günəş işığında yaxşı əks olunur.
 
 
 
 
 
 
Kreyos meteor
 

 
"Pebble" kimi "Kreyos Meteor" saat layihəsi də "IndieGoGo" saytında lazım olan 100 min dollar əvəzinə istifadəçilərdən 1,5 milyon dollar toplamağa müvəffəq olub. "Kreyos Meteor" saatlarını səs və jestlərin köməkliyi ilə idarə etmək olar. Aktiv həyat tərzi keçirənlər üçün saata addımölçən quraşdırılıb. Sözügedən "ağıllı" saatlar bu ilin noyabrında 169 dollar qiymətinə satışa çıxarılmalıdır.
 
 
 
 
 
 
I'm watch
 

"Android" mobil əməliyyat sistemi ilə işləyən italyan saatları sərbəst "ağıllı qurğu" roluna iddia etmir, yalnız smartfonla əlaqəli işləyir. Qurğunun köməkliyi ilə yalnız vaxtı, temperaturu, kontakt və cavabsız çağırış siyahısını deyil, həm də "Facebook" və "Twitter" mesajlarını oxumaq mümkündür. Onun qiyməti 349 dollar olub. Lakin aşağı tələbatla üzləşən istehsalçı qiyməti 299 dollaradək azaldıb.
 
 
 
 
 
 
 
Apple watch
 

 
"Bloomberg" nəşrinin məlumatına görə, bu ilin fevralında "iWatch" şərti ada malik saat üzərində təxminən 100 mütəxəssisdən ibarət heyət çalışıb. İyul ayında amerika şirkəti "iWatch" ticarət markasını qeydiyyatdan keçirmək üçün Yaponiyanın patent agentliyinə müraciət edib. KİV-in məlumatına əsasən, "Apple"ın "ağıllı" saatları 1,5 düymlük  "OLED" ekran və zəng edən abunəçi haqqında informasiyanı əks etdirə biləcək, həmçinin addımölçən və naviqatorla təchiz ediləcək.

Şayiələrə görə "Google" şirkəti də "ağıllı" saatlar üzərində iş aparır.

"IHS" analitiklərinin qiymətləndirməsinə görə, 2013-cü ildə qol fərdi kompüterlərinin tədarük həcmi yalnız 268 min təşkil edəcək. 2014-cü ildə istehsal həcmi 10 dəfə artacaq və 2018-ci ildə 39 milyon təşkil edəcək.

Emil Hüseynov



Baxış sayı: 3771

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024