12px13px15px17px
Tarix:14/09/13

“Golden Pay” “Elektron pul cüzdanı” xidmətini Azərbaycanda gələn il təqdim edəcək


“Golden Pay” şirkəti Azərbaycanda “WebMoney” “Elektron pul cüzdanı” sisteminin analoqunu təqdim etməyə hazırlaşır.
 
Şirkətin baş direktoru Fərid İsmayılzadənin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, yerli istifadəçilər üçün “WebMoney” sisteminin daha sərfəli analoqu olacaq.
 
«Hazırda biz bu istiqamətdə işlər aparırıq və gələn ilin əvvəlində “Elektron pul cüzdanı” xidmətini istifadəyə verməyi planlaşdırırıq”,- deyə o bildirib.
 
Hazırda “WebMoney” sisteminin istismarı zamanı yerli istifadəçilər onlar üçün əhəmiyyətli komissiyalar ödəyirlər, bu da bu sistemlərdən tez-tez istifadə etməyə imkan vermir.
 
F. İsmayılzadənin sözlərinə əsasən, sistemin Azərbaycan analoqu istifadəyə verildikdən sonra isə bu əməliyyatları etmək onlar üçün o qədər də baha başa gəlməyəcək.
Bizim sistemin daha bir üstünlüyü ondadır ki, ondan bank kartı olmayan istifadəçilər də istifadə edə biləcəklər. Bunun üçün istifadəçi nağd pulla elektron pul kisəsinin balansını bankda və ya ödəniş terminalları vasitəsilə doldurur və internet üzərindən ödənişlər həyata keçirir.
 
Şirkətin gələcək planlarına “eBay” kimi iri elektron ticarət portalının yaradılması da daxildir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 1101

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024