12px13px15px17px
Tarix:16/09/13

“Nokia” 10,1 düymlük planşet istehsal edəcək

“WinSuperSite” bloqunun müəllifi Pol Tarrot “Nokia”nın “Windows RT” ilə işləyən ilk böyük planşetinin fotoşəklini dərc edib. Aparatın necə adlandırılacağı naməlumdur, lakin o, “IPS” matrisli 10,1 düymlük “Full HD” (1920x1080)  təsvir ölçülü ekran və dörd nüvəli “Qualcomm 8974” məhsuldar çipi ilə təchiz ediləcək.
 
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, cihazın avtonom iş vaxtı 10 saat təşkil edəcək. Korpusun qalınlığı 8,9 mm, çəkisi 600 qr olacaq. Bundan başqa, aparat “Carl Zeiss” optikasına malik 6,7 meqapiksellik kamera ilə təchiz edilib və “LTE” şəbəkələr dəstəklənir. Yenilik 499 dollara satılacaq.
 
“Nokia” şirkətinin 10,1 düymlük planşetini sentyabrın sonunda nümayiş etdirəcəyi gözlənilir. Şirkət bu tədbirdə, həmçinin “Full HD” təsvir ölçüsünə malik böyük 6 düymlük ekranla təchiz edilmiş “Lumia 1520” smartfonunu təqdim edəcək.
 
Emil Hüseynov



Baxış sayı: 1221

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024