12px13px15px17px
Tarix:16/09/13

Azərbaycanlı gənclər Silikon Vadisinə səfər edəcək

Azərbaycanlı  gənclər dünyanın ən qabaqcıl texnologiya mərkəzi olan ABŞ-ın Silikon Vadisinə səfər edəcək. ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu tərəfindən keçirilən Elm və Texnologiya Sahibkarlığı Proqramı çərçivəsində 7 Start-up qalibi ıbelə bir şans əldə edib.
 
Bu layihədə finala çıxan gənclər 28 sentyabr tarixinədək  ABŞ-in San Fransisko, Boston və Vaşınqton şəhərlərində biznes təlimlərində və xüsusi olaraq Start-uplar iştirakçıları üçün keçiriləcək konfranslarda iştirak edəcəklər. Səfər zamanı Azərbaycanlı gənclər San Fransiskoda keçiriləcək “Global 1000 Meet” konfransına da qatılacaqlar.
 
Məlumat üçün bildirək ki, bu konfransın əsas məqsədi dünyanın dörd bir tərəfindən gəlmiş Start-up iştirakçıları ilə  məşhur şirkətlər, investorlar, vençur fondlar arasında əlaqələrin yaradılması və bunun nəticəsində layihənin inkişafı üçün maliyyə yatırımlarınınəldə olunmasıdır.
 

Qeyd edək ki, səfər öncəsi hər bir startup qalibi üçün xarici mentorları tərəfindən onlayn təlimlər keçirilib.
 

Bu ilin dekabrında baş tutacaq yekun mərhələdə seçilmiş komandalar artıq  öz təkmil biznes ideyalarını beynəlxalq hakimlərə təqdim edəcək. Qaliblərə 1 ədəd 10 min ABŞ dolları, 1 ədəd 7 500 ABŞ dolları və 1 ədəd 5 min ABŞ dolları dəyərində qrant təqdim olunması nəzərdə tutulur.
 
RƏVAN



Baxış sayı: 676

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024