Tarix:16/09/13
Bu səbəbdən Azərbaycanda nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması, alimlərimizin dünyanın tanınmış beynəlxalq elmi bazalarında təmsil olunması, bir sözlə Azərbaycan elminin dünya elminə inteqrasiyası prosesinin sürətləndirilməsi zəruridir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsisçiliyi ilə nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə keçirilən iclasda sözügedən məsələnin həlli ilə bağlı bir sıra rəy və təkliflər səsləndirilib.
Təkliflər AMEA-nın təsisçiliyi ilə nəşr olunan elmi jurnalların AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən aparılmış monitorinq əsasında hazırlanıb.
Monitorinq AMEA-da nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması, elmi jurnalların beynəlxalq akademik bazalarda təmsilçiliyi, Azərbaycan elminin dünya standartlarına uyğun inkişaf etdirilməsi və beynəlxalq elmi ictimaiyyətdə tanınması, Azərbaycan Milli İstinad İndeksinin işlənilməsi məqsədi daşıyıb.
Beləliklə, Azərbaycanda dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər qarşısında qoyulan tələblərə görə, dövri elmi nəşrin internetdə saytı olmalı və onun “onlayn” olaraq məqalə qəbul etmə imkanı olmalıdır. Dövri elmi nəşrin təsisçisi və ya təsisçiləri aydın şəkildə qeyd edilməli, nəşrin redaksiyası Prezident yanında AAK ekspert şuralarının sorğularına cavab olaraq tələb olunan məqalənin dərc olunmasına dair verilmiş rəyləri vaxtında təqdim etməlidir.
Ali məktəb və ya elmi müəssisə tərəfindən nəşr olunan dövri elmi nəşr müəssisənin elmi fəaliyyət istiqamətlərinə uyğun olmalıdır. Dövri elmi nəşr öz profilinə uyğun məqalələri dərc etməlidir. Əgər dövri elmi nəşr müxtəlif elm sahələri üzrə məqalələr dərc edirsə, onda dövri elmi nəşrdə bölmələr olmalıdır.
Jurnalın elmi bazalarda qeydiyyatı üçün tələb olunanlara dair yeni informasiyaya əsasən, jurnalın saytında, ingilis dilli peşəkar sosial şəbəkələrdə (LinkedIn), “Google” “Scholar”-da, ingilis dilində “Vikipedia”da və ya sadəcə tədqiqatçının özü tərəfindən yaradılmış saytında məlumat verilməlidir. Elmi jurnalların beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə jurnalın elektron versiyasının hazırlanması (ədəbiyyat siyahısı latın əlifbasında, transliterasiya) da tövsiyə edilir. Tövsiyələrdə həmçinin jurnalların məsul redaktor və ya katibləri üçün təlimlərin təşkili, jurnalların saytlarının yaradılması, jurnalların, elmi təşkilatların adlarının və müəlliflərin soyadlarının təqdimatı üçün vahid normativ tələblərin işlənməsi və s. yer alıb.
Həqiqət İSABALAYEVA
“Azərbaycanın elmi jurnallarının elektron versiyası və saytları yaradılmalıdır”
Qloballaşan dünyada hər bir ölkənin davamlı inkişafını təmin edən sahələrdən biri kimi elmin nüfuzunun artması və elmi jurnalların beynəlxalq standartlara uyğunlaşdırılması tələbi aktuallaşır.Bu səbəbdən Azərbaycanda nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması, alimlərimizin dünyanın tanınmış beynəlxalq elmi bazalarında təmsil olunması, bir sözlə Azərbaycan elminin dünya elminə inteqrasiyası prosesinin sürətləndirilməsi zəruridir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsisçiliyi ilə nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə keçirilən iclasda sözügedən məsələnin həlli ilə bağlı bir sıra rəy və təkliflər səsləndirilib.
Təkliflər AMEA-nın təsisçiliyi ilə nəşr olunan elmi jurnalların AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən aparılmış monitorinq əsasında hazırlanıb.
Monitorinq AMEA-da nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması, elmi jurnalların beynəlxalq akademik bazalarda təmsilçiliyi, Azərbaycan elminin dünya standartlarına uyğun inkişaf etdirilməsi və beynəlxalq elmi ictimaiyyətdə tanınması, Azərbaycan Milli İstinad İndeksinin işlənilməsi məqsədi daşıyıb.
Beləliklə, Azərbaycanda dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər qarşısında qoyulan tələblərə görə, dövri elmi nəşrin internetdə saytı olmalı və onun “onlayn” olaraq məqalə qəbul etmə imkanı olmalıdır. Dövri elmi nəşrin təsisçisi və ya təsisçiləri aydın şəkildə qeyd edilməli, nəşrin redaksiyası Prezident yanında AAK ekspert şuralarının sorğularına cavab olaraq tələb olunan məqalənin dərc olunmasına dair verilmiş rəyləri vaxtında təqdim etməlidir.
Ali məktəb və ya elmi müəssisə tərəfindən nəşr olunan dövri elmi nəşr müəssisənin elmi fəaliyyət istiqamətlərinə uyğun olmalıdır. Dövri elmi nəşr öz profilinə uyğun məqalələri dərc etməlidir. Əgər dövri elmi nəşr müxtəlif elm sahələri üzrə məqalələr dərc edirsə, onda dövri elmi nəşrdə bölmələr olmalıdır.
Jurnalın elmi bazalarda qeydiyyatı üçün tələb olunanlara dair yeni informasiyaya əsasən, jurnalın saytında, ingilis dilli peşəkar sosial şəbəkələrdə (LinkedIn), “Google” “Scholar”-da, ingilis dilində “Vikipedia”da və ya sadəcə tədqiqatçının özü tərəfindən yaradılmış saytında məlumat verilməlidir. Elmi jurnalların beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə jurnalın elektron versiyasının hazırlanması (ədəbiyyat siyahısı latın əlifbasında, transliterasiya) da tövsiyə edilir. Tövsiyələrdə həmçinin jurnalların məsul redaktor və ya katibləri üçün təlimlərin təşkili, jurnalların saytlarının yaradılması, jurnalların, elmi təşkilatların adlarının və müəlliflərin soyadlarının təqdimatı üçün vahid normativ tələblərin işlənməsi və s. yer alıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1939
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib