12px13px15px17px
Tarix:16/09/13

“Huawei” şirkəti LTE bazarında mövqelərini gücləndirir


 
“Huawei” şirkəti 2013-cü ilin birinci yarısında LTE texnologiyası sahəsində fəaliyyətinin nəticələrini təqdim edib.
 
“ICTnews” elektron xəbər xidmətinin www.cnews.ru saytına istinadən verdiyi məlumata əsasən, bu nailiyyətlər, şirkətin gəlirini və bazar payını artıran kommersiya müqavilələrində öz əksini tapıb.
 
“Huawei” LTE kommersiya şəbəkələrinin reallaşdırılması üzrə 196 müqavilə imzalayıb və artıq dünya üzrə 93 şəbəkə yaradıb. Hazırda “Huawei” şirkətinin payına LTE şəbəkələrini yaradılması üzrə müqavilələrin 40% düşür, bununla yanaşı, şirkət texnologiya, qiymət, texniki dəstək və istismar xidmətlərinin dəstəklənməsi parametrləri üzrə yüksək qiymətlər alan iki təchizatçıdan biridir.
 
“Huawei” bu gün 3 GPP standartlarının iki aparıcı tərtibatçılarından biridir.
 
Bu ilin ikinci rübündə “Huawei” şirkətinin payı LTE üzrə gəlirləri beynəlxalq bazarda 20,1% təşkil edib, bu da müvafiq reytinqdə ikinci mövqedir.
 
“Huawei” altı kontinentdə kommersiya fəlaiyyəti göstərir. Şirkətin LTE şəbəkələri yer kürəsinin ən şimali regionunu (qütb dairəsini), Almaniyanın kənd rayonlarını, Namibiyanın səhralarını, Filippində tropik meşələri və Avstraliyanın uzaq cənubunu əhatə edir. “Huawei” avadanlıqları çoxsaylı sınaqlardan keçib və nəticədə Selsiy üzrə -50 dərəcədən +50 dərəcəyədək diapazonda etibarlı iş göstərib.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 846

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024