Tarix:10/08/11
Naxçıvan MR-də mobil rabitənin nüfuz səviyyəsi 101 faizə çatıb
Naxçıvan Muxtar Respublikasında mobil rabitənin nüfuz səviyyəsi 101 faizə çatıb. Muxtar Respublika üzrə mobil rabitənin aktiv nömrələrinin sayı iyulun 1-nə olan vəziyyətə görə, 418 min 480 ədəd təşkil edib. Yanvar-iyunun yekunlarına görə, NMR-də mobil rabitə xidmətlərinin həcmi 17,3 milyon manatı ötüb. Muxtar Respublikanın ərazisində GSM standartının 3 operatoru (Bakcell , Azercell və Azerfon) və bir simsiz rabitə operatoru CDMA (Naxtel) fəaliyyət göstərir. "Naxtel" tərəfindən Naxçıvan şəhərində “EV-DO” (Evolution-DataOptimized) məlumatların ötürülməsi texnologiyasının tətbiqi üzrə işlər başa çatıb. Texnologiya CDMA standartlı mobil rabitə şəbəkələrində istifadə edilir. Bu, operatora şəbəkəsinin abonentlərinə 2,7 Mbit/s sürəti ilə məlumatların ötürülməsi xidmətini göstərməyə imkan verib.Baxış sayı: 1156
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır