Tarix:17/09/13
Belə ki, dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2012-ci il tarixli Fərmanına əsasən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi TQDK-ya həvalə olunub.
Fərmanın icrası olaraq, TQDK tərəfindən yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış I-V sinif, həmçinin hələlik qüvvədə olan tədris proqramları əsasında hazırlanmış və istifadədə olan yuxarı sinif dərsliklərinin elmi-metodiki monitorinqi aparılıb.
Bununla bağlı, işlər dərslik müəllifi olmayan mütəxəssislərin sırasından ekspertlərin hazırlanması, pedaqoji ictimaiyyətin nümayəndələrindən dərsliklərə dair informasiyanın toplanması mərhələləri üzrə həyata keçirilib.
Bunun üçün TQDK-nın saytında xüsusi derslik@tqdk.gov.az elektron ünvanı yaradılmış və pedaqoji ictimaiyyətə müraciət olunaraq onların qeyd, irad və təkliflərinin bu ünvana göndərilməsi xahiş olunub. Hazırda bu ünvana I-XI sinif dərslikləri barədə 10 minə yaxın qeyd və təklif daxil olub.
Eyni zamanda, müvafiq fənn müəllimlərinin elmi-metodiki seminarları təşkil olunmuş, seminarlarda Bakı və Sumqayıt şəhərlərindən olan müəllimlər, mütəxəssislər, metodistlərlə yanaşı, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba və Ağcabədi Regional bölmələri ilə yaradılan videobağlantı əsasında həmin bölgələrin müəllimləri və metodistləri, həmçinin Biləsuvar rayonundan "Skype" proqramı vasitəsilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına liseyin müəllimləri də iştirak edərək qeyd və təkliflərini bildiriblər.
Növbəti mərhələdə aparılan işlər dərslik müəllifi olmayan ekspertlər tərəfindən dərsliklərin ilkin ekspertizasının keçirilməsi, II və III mərhələlərin nəticələrinin (ictimaiyyətin və ekspertlərin rəylərinin) müqayisəsi, müqayisəli təhlilin nəticələrinin ümumi açıq müzakirəyə çıxarılmasını əhatə edib.
İnternet vasitəsilə canlı yayımlanan bu müzakirələrdə dərslik müəllifləri, Təhsil Nazirliyinin müvafiq sahə üzrə nümayəndələri, Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) sədri, ekspertləri, Təhsil Problemləri İnstitutu və Kurikulum Mərkəzinin mütəxəssisləri, Respublika Təhsil Şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun müəllimləri iştirak ediblər. Ümumi müzakirələr zamanı səslənən fikirlər, irad və təkliflər nəzərə alınmaqla tərtib olunmuş rəylər dərslik müəlliflərinə təqdim olunmuş, cavab olaraq müəlliflər hansı iradları qəbul etdiklərini, hansıları qəbul etmədiklərini bildiriblər. Daha bir mərhələ dərslik müəlliflərinin cavablarının müstəqil ekspertlər tərəfindən təhlilidir. Müstəqil ekspertizanın keçirilməsində Milli Elmlər Akademiyasının nümayəndələri, ali təhsil müəssisələrinin metodika kafedralarının mütəxəssisləri, ümumtəhsil müəssisələrinin müəllimləri, yaş psixologiyası üzrə ixtisaslaşan psixoloqlar iştirak ediblər.
Beləliklə, görülmüş işlərin nəticəsində hazırlanmış yekun rəylər müəlliflərə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilməklə bərabər, www.tqdk.gov.az saytında da yerləşdirilib.
Komissiyadan bildirilib ki, həmin portalda TQDK tərəfindən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin aparılmış elmi-metodiki monitorinqi nəticəsində hazırlanmış yekun rəylərin yerləşdirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçərək, portalda yerləşdirilmiş rəylərlə bağlı sorğulara, Təhsil Nazirliyi tərəfindən dərslik müəlliflərinin, TQDK tərəfindən isə dərsliklərin monitorinqində iştirak etmiş ekspertlərin mütəmadi olaraq lazımi izahatlar verməsi məqsədəmüvafiq hesab edilir. Həmçinin tədris prosesində yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış və ilk dəfə nəşr olunmuş dərslik və dərs vəsaitlərinin bölmələri, fəsilləri üzrə materiallar keçildikcə, onlara dair qeyd və təkliflər portalda hissə-hissə yerləşdiriləcək.
Həmin materiallarla bağlı, portala qeydlər, təkliflər daxil olarsa, həmin fikirlərin mütəmadi olaraq açıq müzakirələrə çıxarılması, müzakirələrin internet vasitəsilə canlı yayımlanması, bu barədə portalda məlumat verilməsi və fənn müəllimləri ilə əks-əlaqə yaradılması da nəzərdə tutulur. "Dərslik portalı"nın istifadəçiləri qeydiyyatdan keçərkən, şəxsiyyət vəsiqəsinin seriyası və PİN kodunu müvafiq sahələrə daxil etməlidirlər. İstifadəçinin sistemə daxil etdiyi məlumatların təsdiqi, "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçiriləcək.
Həqiqət İSABALAYEVA
TQDK dərsliklərdəki düzəlişlərin izahı üçün elektron “Dərslik portalı”nın yaradılmasını təklif edir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dərsliklərə aid portalın yaradılmasını təklif edir.Belə ki, dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2012-ci il tarixli Fərmanına əsasən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi TQDK-ya həvalə olunub.
Fərmanın icrası olaraq, TQDK tərəfindən yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış I-V sinif, həmçinin hələlik qüvvədə olan tədris proqramları əsasında hazırlanmış və istifadədə olan yuxarı sinif dərsliklərinin elmi-metodiki monitorinqi aparılıb.
Bununla bağlı, işlər dərslik müəllifi olmayan mütəxəssislərin sırasından ekspertlərin hazırlanması, pedaqoji ictimaiyyətin nümayəndələrindən dərsliklərə dair informasiyanın toplanması mərhələləri üzrə həyata keçirilib.
Bunun üçün TQDK-nın saytında xüsusi derslik@tqdk.gov.az elektron ünvanı yaradılmış və pedaqoji ictimaiyyətə müraciət olunaraq onların qeyd, irad və təkliflərinin bu ünvana göndərilməsi xahiş olunub. Hazırda bu ünvana I-XI sinif dərslikləri barədə 10 minə yaxın qeyd və təklif daxil olub.
Eyni zamanda, müvafiq fənn müəllimlərinin elmi-metodiki seminarları təşkil olunmuş, seminarlarda Bakı və Sumqayıt şəhərlərindən olan müəllimlər, mütəxəssislər, metodistlərlə yanaşı, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba və Ağcabədi Regional bölmələri ilə yaradılan videobağlantı əsasında həmin bölgələrin müəllimləri və metodistləri, həmçinin Biləsuvar rayonundan "Skype" proqramı vasitəsilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına liseyin müəllimləri də iştirak edərək qeyd və təkliflərini bildiriblər.
Növbəti mərhələdə aparılan işlər dərslik müəllifi olmayan ekspertlər tərəfindən dərsliklərin ilkin ekspertizasının keçirilməsi, II və III mərhələlərin nəticələrinin (ictimaiyyətin və ekspertlərin rəylərinin) müqayisəsi, müqayisəli təhlilin nəticələrinin ümumi açıq müzakirəyə çıxarılmasını əhatə edib.
İnternet vasitəsilə canlı yayımlanan bu müzakirələrdə dərslik müəllifləri, Təhsil Nazirliyinin müvafiq sahə üzrə nümayəndələri, Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) sədri, ekspertləri, Təhsil Problemləri İnstitutu və Kurikulum Mərkəzinin mütəxəssisləri, Respublika Təhsil Şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun müəllimləri iştirak ediblər. Ümumi müzakirələr zamanı səslənən fikirlər, irad və təkliflər nəzərə alınmaqla tərtib olunmuş rəylər dərslik müəlliflərinə təqdim olunmuş, cavab olaraq müəlliflər hansı iradları qəbul etdiklərini, hansıları qəbul etmədiklərini bildiriblər. Daha bir mərhələ dərslik müəlliflərinin cavablarının müstəqil ekspertlər tərəfindən təhlilidir. Müstəqil ekspertizanın keçirilməsində Milli Elmlər Akademiyasının nümayəndələri, ali təhsil müəssisələrinin metodika kafedralarının mütəxəssisləri, ümumtəhsil müəssisələrinin müəllimləri, yaş psixologiyası üzrə ixtisaslaşan psixoloqlar iştirak ediblər.
Beləliklə, görülmüş işlərin nəticəsində hazırlanmış yekun rəylər müəlliflərə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilməklə bərabər, www.tqdk.gov.az saytında da yerləşdirilib.
Komissiyadan bildirilib ki, həmin portalda TQDK tərəfindən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin aparılmış elmi-metodiki monitorinqi nəticəsində hazırlanmış yekun rəylərin yerləşdirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçərək, portalda yerləşdirilmiş rəylərlə bağlı sorğulara, Təhsil Nazirliyi tərəfindən dərslik müəlliflərinin, TQDK tərəfindən isə dərsliklərin monitorinqində iştirak etmiş ekspertlərin mütəmadi olaraq lazımi izahatlar verməsi məqsədəmüvafiq hesab edilir. Həmçinin tədris prosesində yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış və ilk dəfə nəşr olunmuş dərslik və dərs vəsaitlərinin bölmələri, fəsilləri üzrə materiallar keçildikcə, onlara dair qeyd və təkliflər portalda hissə-hissə yerləşdiriləcək.
Həmin materiallarla bağlı, portala qeydlər, təkliflər daxil olarsa, həmin fikirlərin mütəmadi olaraq açıq müzakirələrə çıxarılması, müzakirələrin internet vasitəsilə canlı yayımlanması, bu barədə portalda məlumat verilməsi və fənn müəllimləri ilə əks-əlaqə yaradılması da nəzərdə tutulur. "Dərslik portalı"nın istifadəçiləri qeydiyyatdan keçərkən, şəxsiyyət vəsiqəsinin seriyası və PİN kodunu müvafiq sahələrə daxil etməlidirlər. İstifadəçinin sistemə daxil etdiyi məlumatların təsdiqi, "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçiriləcək.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1172
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib