Tarix:17/09/13
Azərbaycan “ITU Telecom World 2013” konfransında geniştərkibli nümayəndə heyəti ilə təmsil olunacaq.
Konfrans Banqkoq şəhərində noyabr ayının 19-dan 22-dək keçiriləcək.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə 25 İKT şirkətinin nümayəndələri daxil olacaq. Artıq nazirlik tərəfindən Azərbaycan nümayəndə heyətinin son nailiyyətləri və perspektiv layihələri nümayiş ediləcək 150 kvadrat metr ölçüdə stend icarəyə götürülüb.
Tədbir çərçivəsində nazir Əli Abbasovun müxtəlif ölkələrin rabitə tənzimləyici orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi və konfransda çıxışı gözlənilir. Konfransın tərkib hissəsi olan müxtəlif sessiya və forumlarda yerli şirkətlərin nümayəndələrinin çıxışları gözlənilir.
Konfrans çərçivəsində eyni zamanda “Azərbaycan gecəsi”nin keçirilməsi və müxtəlif ölkələrin müvafiq nazirləri və prezidentləri üçün Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin təqdimatlarının təşkil edilməsi gözlənilir.
Qeyd edək ki, tədbirin rəsmi açılışı noyabrın 19-da baş tutacaq. Konfransın ilk günündə nazirlər səviyyəsində dəyirmi masanın keçirilməsi gözlənilir, sonra isə “Məlumatlar dalğasında”, “Tənzimləmənin konvergensiyası”, “Şəbəkənin virtuallaşdırılması ” və s. mövzular ətrafında sessiyalarda müzakirələr keçiriləcək.
Bir neçə gün keçiriləcək konfrans çərçivəsində “Mobil texnologiyalar və müəssisədə əməyin səmərəliyi”, “Rəqəmli dünyada dünya vətəndaşlarının şəxsi həyatının təhlükəsizliyinin təmin edilməsi”, “XXI-ci əsrdə İKT-nin təhsil sahəsində əhəmiyyəti ”, “Bütövlükdə IPv6 əsasında qurulmuş internet”, “Buludda mobil şəbəkələr”, “Birgə qlobal standartların hazırlanması” və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Aynur Vəliyeva
Azərbaycan “ITU Telecom World 2013” konfransında yüksək səviyyədə təmsil olunacaq

Baxış sayı: 748
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı