Tarix:10/08/11
İnstitutun planlarına "blade" serveri üçün bir "SuperMicro" və "storage" serveri üçün iki "SuperMicro" səbətinin alınması daxildir. Hər səbətdə on server olacaq. Bu avadanlığın instalyasiyası kənar massivin həcmini indiki 40 terabaytdan 100 terabaytadək artırmağa imkan verəcək. Hər "blade" serverin operativ yaddaşının həcmi 12 Gb təşkil edəcək. Hər "blade" serverdə iki dördnüvəli “İntelXeon” prosessoru olacaq. Bu, ümumilikdə 160 özək təşkil edəcək. Hazırda DATA mərkəzin resursları Elmlər Akademiyasının ehtiyacları üçün istifadə olunur. Onun daxili GRİD seqmentindən istifadə etməklə elmi məsələləri həll etmək imkanı var.
AMEA Azərbaycanın GRİD seqmentinin gücünü artırmağa başlayıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu Azərbaycanın GRİD seqmentinin gücünün artırılması üzrə işlərə başlayıb. Bu barədə institutun Yüksək enerjilər laboratoriyasının müdiri Övsət Abdinov deyib. Onun sözlərinə görə, hazırda aparat-proqram həllərinin tədarükçüsü artıq imzalanan sazişlər əsasında öz istehsal qurğularında bu seqmentin quraşdırılması və sınaqdan keçirilməsi üçün tələb olunan işlərə başlayıb. Tədarükçü kimi ABŞ-ın "ACE Computers" şirkəti çıxış edir. Bu istehsalçının aparat-proqram həllərinin ayın sonunda tədarük ediləcəyi gözlənilir. İnstitutun DATA mərkəzinin hesablama şəbəkəsi əlavə alınan "blade" və "storage" serverlər hesabına artırılacaq. İstehsalın artırılması ilə yanaşı, bu, elektrik enerjisindən sərfiyyatı optimallaşdırmağa, soyutma sisteminin meydança və resurslarını istifadə etməyə imkan verəcək, eləcə də məlumatların emalı mərkəzlərinin idarə edilməsi və qoşulması prosedurunu sadələşdirəcək.İnstitutun planlarına "blade" serveri üçün bir "SuperMicro" və "storage" serveri üçün iki "SuperMicro" səbətinin alınması daxildir. Hər səbətdə on server olacaq. Bu avadanlığın instalyasiyası kənar massivin həcmini indiki 40 terabaytdan 100 terabaytadək artırmağa imkan verəcək. Hər "blade" serverin operativ yaddaşının həcmi 12 Gb təşkil edəcək. Hər "blade" serverdə iki dördnüvəli “İntelXeon” prosessoru olacaq. Bu, ümumilikdə 160 özək təşkil edəcək. Hazırda DATA mərkəzin resursları Elmlər Akademiyasının ehtiyacları üçün istifadə olunur. Onun daxili GRİD seqmentindən istifadə etməklə elmi məsələləri həll etmək imkanı var.
Baxış sayı: 1165
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır