Tarix:17/09/13
BMT-nin Bakı nümayəndəliyindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, həftənin sonuna kimi bu məsələnin müzakirəsi məqsədi ilə İSOC qərargahının nümayəndələrinin iştirakı ilə “Skype” üzərindən telekonfrans keçiriləcək.
“Azərbaycanda bu təşkilatın filialının funksiyalarını daşıyacaq qurum yaratmaq istəyən bir neçə iddiaçı var. ISOC ilə onun Azərbaycanda filialı funksiyasını daşıyacaq qurumlar arasında fikir ziddiyyəti əmələ gəlib və buna görə də filialın yaradılması məsələsi bir qədər yubadılır. Filial ölkədə internetin tənzimlənməsi üzrə fəaliyyət göstərən qurumların nəzdində yaradılmayacaq. Bu, tam yeni bir qurum olacaq ”,- deyə BMT-nin nümayəndəliyindən bildiriblər.
Qeyd edək ki, “ISOC” dünyada internetin açıq inkişafı, istifadəsi və təkamülü xeyrinə çıxış edən aparıcı qeyri-kommersiya təşkilatıdır. Bu qurum istifadəçilər, şirkətlər, hökumət nümayəndələri və digər təşkilatlar arasında internet siyasəti, texnologiyalar və qlobal şəbəkənin gələcək inkişafı ilə bağlı birgə dialoqlar təşviq edərək dünya üzrə internetin genişlənməsini təmin edir.
Aynur Vəliyeva
Bakıda Beynəlxalq İnternet Cəmiyyətinin rəsmi ofisinin açılması ilə bağlı telekonfrans keçiriləcək
Birləşmiş Millətlər Təşkilatının Bakı nümayəndəliyi bu həftə Beynəlxalq İnternet Cəmiyyətinin (Internet Society, ISOC) Azərbaycanda filialının yaradılması ilə bağlı növbəti danışıqlara start verəcək.BMT-nin Bakı nümayəndəliyindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, həftənin sonuna kimi bu məsələnin müzakirəsi məqsədi ilə İSOC qərargahının nümayəndələrinin iştirakı ilə “Skype” üzərindən telekonfrans keçiriləcək.
“Azərbaycanda bu təşkilatın filialının funksiyalarını daşıyacaq qurum yaratmaq istəyən bir neçə iddiaçı var. ISOC ilə onun Azərbaycanda filialı funksiyasını daşıyacaq qurumlar arasında fikir ziddiyyəti əmələ gəlib və buna görə də filialın yaradılması məsələsi bir qədər yubadılır. Filial ölkədə internetin tənzimlənməsi üzrə fəaliyyət göstərən qurumların nəzdində yaradılmayacaq. Bu, tam yeni bir qurum olacaq ”,- deyə BMT-nin nümayəndəliyindən bildiriblər.
Qeyd edək ki, “ISOC” dünyada internetin açıq inkişafı, istifadəsi və təkamülü xeyrinə çıxış edən aparıcı qeyri-kommersiya təşkilatıdır. Bu qurum istifadəçilər, şirkətlər, hökumət nümayəndələri və digər təşkilatlar arasında internet siyasəti, texnologiyalar və qlobal şəbəkənin gələcək inkişafı ilə bağlı birgə dialoqlar təşviq edərək dünya üzrə internetin genişlənməsini təmin edir.
Aynur Vəliyeva
Baxış sayı: 1007
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır