Tarix:17/09/13
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində fəaliyyət göstərən mətbuat qrupunun yeni tərkibdə ilk iclası keçirilib.
İclasda qurumun prezident seçkilərindəki fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr haqda məlumat verən MSK üzvü, qrupun rəhbəri Azər Tağıyev deyib ki, qrup seçki təşviqatı ilə bağlı ortaya çıxan problemlərə dair müraciətləri araşdıracaq. Qeyd edilib ki, qrupun hər bir üzvü təşviqat prosesini yaxından izləyəcək. Həm radioda, həm televiziyada, həm də çap KİV-lərində qrup üzvləri tərəfindən fərdi olaraq monitorinq aparılacaq.
İclasda internet resurslarda - sosial şəbəkələrdə seçki təşviqatı ilə məşğul olan qruplara nəzarət mexanizminin mümkünsüzlüyü, MSK-ya seçki təşviqatı aparması üçün əvvəlcədən məlumat verməyən internet portallar haqda da müzakirə aparılıb. Bu qənaətə gəlinib ki, Seçki Məcəlləsinin müddəalarını pozan KİV-lər müəyyənləşdirilməlidir. Lakin bu yanaşmanın sosial şəbəkələrə tətbiq olunması mümkün deyil.
Qeyd edək ki, MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun 19 üzvü var. Bunlardan 3-ü MSK üzvü, 1-i MSK katibliyinin əməkdaşı, 15-i isə informasiya agentliyi, televiziya və qəzet əməkdaşlarıdır.
SEYMUR
İnternet resurslarda seçki təşviqatı müzakirə olunub
Azərbaycanda keçirilən prezident seçkilərində aparılacaq təbliğat-təşviqat işlərində internetdən, sosial şəbəkələrdən geniş istifadə olunacağı gözlənilir. Lakin sosial şəbəkələr monitorinqlərdən kənarda qalacaq.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində fəaliyyət göstərən mətbuat qrupunun yeni tərkibdə ilk iclası keçirilib.
İclasda qurumun prezident seçkilərindəki fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr haqda məlumat verən MSK üzvü, qrupun rəhbəri Azər Tağıyev deyib ki, qrup seçki təşviqatı ilə bağlı ortaya çıxan problemlərə dair müraciətləri araşdıracaq. Qeyd edilib ki, qrupun hər bir üzvü təşviqat prosesini yaxından izləyəcək. Həm radioda, həm televiziyada, həm də çap KİV-lərində qrup üzvləri tərəfindən fərdi olaraq monitorinq aparılacaq.
İclasda internet resurslarda - sosial şəbəkələrdə seçki təşviqatı ilə məşğul olan qruplara nəzarət mexanizminin mümkünsüzlüyü, MSK-ya seçki təşviqatı aparması üçün əvvəlcədən məlumat verməyən internet portallar haqda da müzakirə aparılıb. Bu qənaətə gəlinib ki, Seçki Məcəlləsinin müddəalarını pozan KİV-lər müəyyənləşdirilməlidir. Lakin bu yanaşmanın sosial şəbəkələrə tətbiq olunması mümkün deyil.
Qeyd edək ki, MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun 19 üzvü var. Bunlardan 3-ü MSK üzvü, 1-i MSK katibliyinin əməkdaşı, 15-i isə informasiya agentliyi, televiziya və qəzet əməkdaşlarıdır.
SEYMUR
Baxış sayı: 1005
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib