Tarix:17/09/13
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Müşahidə Şurasının ilk iclası sabah keçiriləcək.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, Müşahidə Şurasının ilk iclasında fond tərəfindən yaxın aylarda elan ediləcək qrant müsabiqələri üzrə qrant müqavilələrinin forması, şərtləri və digər vacib məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, fondun Müşahidə Şurasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini nazir müavini Elmir Vəlizadə, Təhsil Nazirliyini nazir müavini Ceyhun Bayramov, Maliyyə Nazirliyini şöbə müdiri Firdovsi Xəlilov, İqtisadi İnkişaf Nazirliyini Strateji planlaşdırma şöbəsinin müdiri Səməd Bəşirli, qeyri-hökumət təşkilatlarını Azərbaycan İnternet Cəmiyyətinin rəhbəri Qalib Qurbanov, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz və İnformasiya Problemləri üzrə Araşdırma Mərkəzinin rəhbəri Yaşar Hacıyev təmsil edir.
İlin sonunda artıq fondun tam fəaliyyətə başlanması və ilk qrant müsabiqəsinin elan edilməsi gözlənilir. Müsabiqədə üstünlük verilən layihələr yeni innovativ məhsulların və infrastrukturun, GRİN texnologiyaların yaradılmasını, İKT və internet xidmətlərinin inkişafını nəzərdə tutan layihələr olacaq. Fondun yaradılmasının əsas məqsədi İKT sahəsinin inkişaf etdirilməsidir.
Aynur Vəliyeva
Sabah İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Müşahidə Şurasının ilk iclası keçiriləcək

Baxış sayı: 1072
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı