12px13px15px17px
Tarix:18/09/13

Regionlarda İKT ba­ca­rıq­larının artırılması məqsədi ilə kursların təşkili davam edir

Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında regionlarda İKT üzrə bilik və ba­ca­rıq­ların artırılması məqsədi ilə əhalinin müxtəlif qrup­ları üçün təlim kurslarının, seminarların keçirilməsi də nəzərdə tutulur.
 
 
Tədbirlər Planının müvafiq bəndinə əsasən, bu dəfə kurslar Astara rayonunda təşkil olunacaq. Belə ki, rayonun orta ümumtəhsil məktəblərinin informatika və fənn müəllimləri “Ən yaxşı informatika müəllimi” müsabiqəsi üçün İKT üzrə treninq kurslarına cəlb ediləcəklər. Layihənin məqsədi bu rayonda İKT sahəsində milli kadrların hazırlanması, ümumtəhsil müəssisələrində çalışan müəllimlərin müasir İKT texnologiyalarının öyrənilməsində potensialının artırılmasıdır.
 
 
Tədris zamanı “İnformatika” fənni üzrə nəzəri və praktiki biliklər tədris olunacaq. Keçirilən kurslar 3 mərhələdən ibarətdir. Sonda isə biliklərin xüsusi test proqramı ilə qiymətləndirilməsi və sertifikatlaşdırılacağı nəzərdə tutulub.
 
Qeyd edək ki, 22 sentyabrdan  2 oktyabra qədər davam edəcək kurslar AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) əməkdaşları tərəfindən aparılacaq. Bu məqsədlə İTİ-nin şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev, böyük elmi işçi Gülarə Məmmədova və proqramçı Könül Daşdəmirova sözügedən rayona ezam ediləcəklər. 
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 888

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024