Tarix:19/09/13
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, fondun icraçı direktoru Elçin Zeynalov bu həftənin sonunda yerli bankların nümayəndələri ilə görüş keçirmək niyyətindədir.
“Görüş zamanı banklarla fond arasında əməkdaşlıq imkanları müzakirə olunacaq. Müşahidə Şurasına təqdim edilmiş müvəkkil banklarla müqavilə forması və bankların seçim meyarları təsdiq edildikdən sonra banklar seçilərək müqavilələr imzalanacaq”, - deyə E.Zeynalov bildirib.
Onun sözlərinə əsasən, bu ilin dekabr ayında ilk müsabiqələrin keçirilməsi nəzərdə tutulur.
“Bizim əsas məqsədimiz ən effektiv və perspektivli layihələrin seçilməsidir. Layihələrin maliyyələşməsinə artıq 2014-cü ildən etibarən başlanılacaq”, - deyə o qeyd edib.
Xatırladaq ki, fondun vəsaitlərinin istifadəsi qaydalarına əsasən, sahibkarlara 10 min manatdan 50 min manatadək – üç illik kiçikhəcmli kreditlər, 50 min manatdan 500 min manatadək – beş illik ortahəcmli kreditlər, 500 min manatdan 5 milyon manatadək – 10 illik böyükhəcmli kreditlər ayrılacaq. Fondun kreditlərinin illik faiz dərəcəsi 1% müəyyən edilir, müvəkkil kredit təşkilatlarının fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddinin cəmi kredit məbləği 5%-dən artıq olmamalıdır.
Aynur Vəliyeva
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu banklarla görüş keçirəcək
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu banklarla görüş keçirməyi planlaşdırır.“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, fondun icraçı direktoru Elçin Zeynalov bu həftənin sonunda yerli bankların nümayəndələri ilə görüş keçirmək niyyətindədir.
“Görüş zamanı banklarla fond arasında əməkdaşlıq imkanları müzakirə olunacaq. Müşahidə Şurasına təqdim edilmiş müvəkkil banklarla müqavilə forması və bankların seçim meyarları təsdiq edildikdən sonra banklar seçilərək müqavilələr imzalanacaq”, - deyə E.Zeynalov bildirib.
Onun sözlərinə əsasən, bu ilin dekabr ayında ilk müsabiqələrin keçirilməsi nəzərdə tutulur.
“Bizim əsas məqsədimiz ən effektiv və perspektivli layihələrin seçilməsidir. Layihələrin maliyyələşməsinə artıq 2014-cü ildən etibarən başlanılacaq”, - deyə o qeyd edib.
Xatırladaq ki, fondun vəsaitlərinin istifadəsi qaydalarına əsasən, sahibkarlara 10 min manatdan 50 min manatadək – üç illik kiçikhəcmli kreditlər, 50 min manatdan 500 min manatadək – beş illik ortahəcmli kreditlər, 500 min manatdan 5 milyon manatadək – 10 illik böyükhəcmli kreditlər ayrılacaq. Fondun kreditlərinin illik faiz dərəcəsi 1% müəyyən edilir, müvəkkil kredit təşkilatlarının fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddinin cəmi kredit məbləği 5%-dən artıq olmamalıdır.
Aynur Vəliyeva
Baxış sayı: 789
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı