12px13px15px17px
Tarix:19/09/13

“Siemens”in rəhbərliyində struktur dəyişiklikləri aparılıb


Almaniyanın "Siemens" şirkətinin maliyyə direktoru Ralf Tomas bir ay əvvəl baş direktor vəzifəsini tutan Co Kezerin yerinə təyin olunub. Bu barədə şirkətdən bildirilib.

R.Tomas 5 il ərzində sənaye məhsulları şöbəsini maliyyə direktoru vəzifəsində çalışıb. Şirkətin keçmiş maliyyə direktoru C.Kezer cari ilin yayında baş direktor Piter Leşerin istefasından sonra bu vəzifəni tutub.
Yeni direktorlar "Siemens"in yeni növ bizneslərin fəal genişlənməsi və investisiyaların yatırılması, o cümlədən çoxmilyardlıq itkilərə səbəb olan günəş enerjisindən istifadə üzrə uğursuz layihələr nəticəsində zəiflədilən mövqelərini gücləndirməlidirlər.   

Bundan başqa, istehsalçının proqram təminatı idarəedicisi Cim Haqemann Sneyb "Siemens"in Müşahidə Şurasına seçiləcək. Belə ki, "Deutsche Bank"ın keçmiş baş direktoru Cozef Akermann P.Leşerin istefası ilə bağlı yaran mübahisələr nəticəsində Müşahidə Şurasını tərk edib. Həmçinin əmək resursları ilə məşğul olan Bridcit Ederer İdarə Heyətindəki vəzifəsini tərk edib. Onun yerinə texniki direktor vəzifəsini tutan Klaus Helmrix təyinat alıb, - "Digit" www.digit.ru yazır.



Baxış sayı: 714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024