12px13px15px17px
Tarix:19/09/13

“BlackBerry” əməkdaşlarının 40%-ni ixtisar edəcək

Kanadanın “BlackBerry” şirkəti heyətində genişmiqyaslı ixtisar həyata keçirməyə hazırlaşır. Belə ki, şirkət bu ilin sonunadək əməkdaşlarının 40%-ni ixtisar etməyi planlaşdırır.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki,  ixtisarlar istehsalçının vəziyyətinin pisləşməsi fonunda həyata keçiriləcək. Kanada şirkəti “Apple”, “Samsung” kimi şirkətlərlə rəqabətə davamlı olmaq üçün xərclərinin azalması üçün yeni yollar axtarmağa məcburdur.

Bu ilin mart ayına olan vəziyyətə görə, şirkətdə 12700 insan işləyib. İnvestorlar deyirlər ki, ixtisarların miqyası “BlackBerry” şirkətindəki fəlakətin miqyasından xəbər verir. İki il bundan əvvəl şirkətdə təxminən 17 000 insan işləyib və Şimali Amerikanın smartfon bazarında onun payı təxminən 14% təşkil edib. Hazırda bu göstərici 3%-dən bir qədər çoxdur.

Emil Hüseynov



Baxış sayı: 734

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024