12px13px15px17px
Tarix:19/09/13

“İnformasiya texnologiyalarının nailiyyətlərindən gənclərin düzgün bəhrələnməsi” layihəsinə start verilir

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) tərəfdaşlığı ilə “İnformasiya texnologiyalarının nailiyyətlərindən gənclərin düzgün bəhrələnməsi” layihəsinə start verilir.

Layihənin məqsədi region gənclərinin İKT sahəsində düzgün istiqamətdə maarifləndirilməsi və gənc nəslin beynəlxalq təcrübəsinin düzgün tətbiq edərək ondan effektiv bəhrələnmə işinin aparılmasıdır. Layihənin müəllifi, DAGB üzvü Əlimərdan Sultanovun sözlərinə görə, hazırda dünyada informasiya cəmiyyətinə keçid dövründə əsas məsələlərdən biri də İKT nəaliyyətlərindən düzgün istifadə və onun gənclərin gələcək həyatına təsiridir:
 
 “Təəssüflər olsun ki,  bir sıra hallarda gənclər İKT sahəsində əldə olunan nailiyyətlərdən hərtərəfli və düzgün şəkildə istifadə edə  bilmirlər. Bu da sonda əks effekt yaratmaqla nəticələnir. Bunun üçün vacib məqamlardan biri yalnız paytaxtda deyil, eləcə də respublikamızın regionlarında İKT sahəsində gənclərə beynəlxalq təcrübənin dolğun çatdırılması və onlarda obyektiv fikirlərin formalaşdırılmasıdır. Bu sahədə peşəkar olan insanların regionlarda gənclərlə görüşünün keçirilməsi və onlara İKT-dən beynəlxalq təcrübəyə əsaslanaraq səmərəli maarifləndirmə işinin aparılması nəzərdə tutulur”.
 
 
Qeyd edək ki, layihə Azərbaycanın üç regionunda - Lənkəran, Ağstafa və Şəkidə həyata keçiriləcək.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 642

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024