Tarix:20/09/13
Bildirilir ki, Fransa internetə vergi qoyuluşu üzrə hazırladığı geniş təkliflər paketini oktyabrda Avropa liderlərinin sammitində təqdim edəcək. Bunun üçün ölkə nazirliklər səviyyəsində Aİ-nin digər üzvlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirərək internet paketinin qəbul edilməsinə görə onların razılığını almağa çalışacaq. Yaxın günlərdə Fransanın rəqəmli iqtisadiyyat naziri Fler Pellerin Avropa komissarı Neli Kroes, eləcə də Böyük Britaniya, Almaniya, İspaniya, Polşa və digər ölkələrin nazirləri ilə görüşlər keçirəcəyi gözlənilir.
Fransanın əsas təkliflərindən biri beynəlxalq miqyaslı internet şirkətlərinə qarşı vergi sisteminin sərtləşdirilməsidir. Burada məqsəd şirkətlərin Avropada əldə etdiyi mədaxili İrlandiya kimi vergi rejiminə loyal münasibət göstərən ölkələrə köçürülməsi imkanının qarşısının alınmasıdır. Təklifin başlıca prinsipi ondan ibarətdir ki, vergi mədaxilin əldə edildiyi ölkədə ödənilməlidir.
Dərc olunmağa hazırlaşan sənəddə deyilir ki, qeyri-Avropa şirkətləri hazırda rəqəmli dünyada mərkəzi mövqe tuturlar və bununla da onlar Avropa gəlirlərinin xeyli hissəsini əldə edərək mədaxildən Avropanın payına düşən vergini ödəmirlər.
Sənəddə həmçinin Fransa vəsaitləri Avropanın İT layihələrinə yatırılacaq ümumavropa vençur fondlarının yaradılmasını təklif edir, - "Cybersecurity” www.cybersecurity.ru yazır.
Avropa internet biznesinə vergi tətbiq etməyi planlaşdırır
Fransa ABŞ-ın “Google” və “Facebook” kimi internet şirkətlərinə xüsusi vergilər qoymaq, eləcə də analoji verginin bütün Avropa İttifaqı üzrə tətbiqinə nail olmaq niyyətindədir. Fransanın təklif etdiyi plan şirkətlərin sərəncamında olan məlumatların sərt şəkildə tənzimlənməsini də nəzərdə tutur.Bildirilir ki, Fransa internetə vergi qoyuluşu üzrə hazırladığı geniş təkliflər paketini oktyabrda Avropa liderlərinin sammitində təqdim edəcək. Bunun üçün ölkə nazirliklər səviyyəsində Aİ-nin digər üzvlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirərək internet paketinin qəbul edilməsinə görə onların razılığını almağa çalışacaq. Yaxın günlərdə Fransanın rəqəmli iqtisadiyyat naziri Fler Pellerin Avropa komissarı Neli Kroes, eləcə də Böyük Britaniya, Almaniya, İspaniya, Polşa və digər ölkələrin nazirləri ilə görüşlər keçirəcəyi gözlənilir.
Fransanın əsas təkliflərindən biri beynəlxalq miqyaslı internet şirkətlərinə qarşı vergi sisteminin sərtləşdirilməsidir. Burada məqsəd şirkətlərin Avropada əldə etdiyi mədaxili İrlandiya kimi vergi rejiminə loyal münasibət göstərən ölkələrə köçürülməsi imkanının qarşısının alınmasıdır. Təklifin başlıca prinsipi ondan ibarətdir ki, vergi mədaxilin əldə edildiyi ölkədə ödənilməlidir.
Dərc olunmağa hazırlaşan sənəddə deyilir ki, qeyri-Avropa şirkətləri hazırda rəqəmli dünyada mərkəzi mövqe tuturlar və bununla da onlar Avropa gəlirlərinin xeyli hissəsini əldə edərək mədaxildən Avropanın payına düşən vergini ödəmirlər.
Sənəddə həmçinin Fransa vəsaitləri Avropanın İT layihələrinə yatırılacaq ümumavropa vençur fondlarının yaradılmasını təklif edir, - "Cybersecurity” www.cybersecurity.ru yazır.
Baxış sayı: 709
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib