Tarix:20/09/13
Müzakirələr zamanı qanun layihəsinin məqsəd və predmeti, ödəniş xidməti təchizatçıları və ödəniş xidmətləri növlərinin təsnifatı, ödəniş xidməti təchizatçılarının və ödəniş xidməti istifadəçilərinin qarşılıqlı hüquq və vəzifələri, ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin təhlükəsizliyinin təmin olunması haqqında məlumat verilərək bu sahədə mövcud beynəlxalq təcrübə açıqlanıb. Həmçinin, qanun layihəsi üzrə bank nümayəndələrini maraqlandıran məsələlərə toxunularaq daha geniş məlumat verilib, çoxsaylı suallar cavablandırılıb.
Mərkəzi Bank tərəfindən hazırlanmış "Ödəniş xidmətləri haqqında" Qanun layihəsi ölkədə nağdsız hesablaşmaların və ödəniş xidməti bazarının inkişafı baxımından pərakəndə ödənişlərin nağdsız dövriyyəyə cəlb olunması, ödəniş xidməti bazarında rəqabət mühitinin gücləndirilməsi, üçüncü tərəfin xeyrinə ödənişləri nağd formada qəbul edən təşkilatların və pul köçürmə sistemlərinin fəaliyyətinin tənzimlənməsi, elektron pul və birbaşa debetləşmə kimi yeni ödəniş alətlərinin tətbiqi, habelə ödəniş xidmətləri üzrə tərəflərin hüquq və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Beynəlxalq təcrübənin təhlili əsasında hazırlanan qanun layihəsinin gələcəkdə qəbul olunması ödəniş xidmətlərinin daha effektiv və təhlükəsiz formada təqdim olunmasını, ölkə üzrə maliyyə xidmətlərinə geniş çıxış imkanını, ödəniş xidmətləri üzrə məlumat şəffaflığını təmin edəcək.
SEYMUR
Nağdsız hesablaşmaların inkişafı məqsədilə hazırlanan qanun layihəsi müzakirə edilib
Mərkəzi Bankda ölkədə nağdsız hesablaşmaların inkişafı, bütün ödəniş xidməti təchizatçılarının fəaliyyətinin və elektron pulun emissiyasının hüquqi bazasının yaradılması, ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması məqsədilə hazırlanmış "Ödəniş xidmətləri haqqında" Qanun layihəsinin bank ictimaiyyəti ilə geniş müzakirəsi təşkil edilib.Müzakirələr zamanı qanun layihəsinin məqsəd və predmeti, ödəniş xidməti təchizatçıları və ödəniş xidmətləri növlərinin təsnifatı, ödəniş xidməti təchizatçılarının və ödəniş xidməti istifadəçilərinin qarşılıqlı hüquq və vəzifələri, ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin təhlükəsizliyinin təmin olunması haqqında məlumat verilərək bu sahədə mövcud beynəlxalq təcrübə açıqlanıb. Həmçinin, qanun layihəsi üzrə bank nümayəndələrini maraqlandıran məsələlərə toxunularaq daha geniş məlumat verilib, çoxsaylı suallar cavablandırılıb.
Mərkəzi Bank tərəfindən hazırlanmış "Ödəniş xidmətləri haqqında" Qanun layihəsi ölkədə nağdsız hesablaşmaların və ödəniş xidməti bazarının inkişafı baxımından pərakəndə ödənişlərin nağdsız dövriyyəyə cəlb olunması, ödəniş xidməti bazarında rəqabət mühitinin gücləndirilməsi, üçüncü tərəfin xeyrinə ödənişləri nağd formada qəbul edən təşkilatların və pul köçürmə sistemlərinin fəaliyyətinin tənzimlənməsi, elektron pul və birbaşa debetləşmə kimi yeni ödəniş alətlərinin tətbiqi, habelə ödəniş xidmətləri üzrə tərəflərin hüquq və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Beynəlxalq təcrübənin təhlili əsasında hazırlanan qanun layihəsinin gələcəkdə qəbul olunması ödəniş xidmətlərinin daha effektiv və təhlükəsiz formada təqdim olunmasını, ölkə üzrə maliyyə xidmətlərinə geniş çıxış imkanını, ödəniş xidmətləri üzrə məlumat şəffaflığını təmin edəcək.
SEYMUR
Baxış sayı: 636
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır