12px13px15px17px
Tarix:20/09/13

RİTN-in dəstəyi ilə həyata keçirilən “VikiHərəkat” çərçivəsində təlimlər başlayır

“Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə Rabitə və İnformasiya Texnologiya Nazirliyinin  (RİTN) dəstəyi ilə həyata keçirilən “VikiHərəkat” layihəsi çərçivəsində təlimlər başlayır.
 
Artıq 21-22 sentyabrda Bakı şəhərində keçiriləcək “Təlimçilərin təlimi” üçün ərizə qəbulu başa çatıb. Layihənin Bakı-Sumqayıt, Şimal, Cənub, Mərkəz və Qərb regionlarından olan iştirakçıları Xaçmaz, Lənkəran, Neftçala, Ucar, Sabirabad, Şirvan, Gəncə və digər regionları təmsil edir. Qeyd olunan tarixdə “Olimpik” oteldə keçiriləcək təlimlərə “Vikipediya”nın Azərbaycan dili bölməsinin idarəçiləri Tərxan Paşazadə və Sultan Hümbətov rəhbərlik edəcək.
 
Qeyd edək ki, təlimlər “VikiHərəkat” iştirakçıları üçün xüsusi hazırlanmış “Vikipediyaçının masaüstü kitabçası” əsasında keçiriləcək. Bu kitabça eyni zamanda universitetlər və kitabxanalara paylanmaq üçün nəzərdə tutulub.  
 
“VikiHərəkat”a qoşulan hər bir kəs 23 sentyabrdan etibarən bu kitabçanı Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyanın (AGTA) Bakı şəhəri, İstiqlaliyyət küçəsi 23, m.7 ünvanında yerləşən ünvanından pulsuz əldə edə bilər. Kitabçanın əhatə etdiyi mövzular, həmçinin layihə saytında (viki.agta.az) yerləşdirilib.
 

Həqiqət İSABALAYEVA



Baxış sayı: 838

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024