12px13px15px17px
Tarix:20/09/13

Yaponiyada dünyanın ilk “LTE-A” sınaq şəbəkəsi qurulur


 “Huawei” şirkəti Yaponiyada tikilən 3,5 giqahersli dünyanın ilk “LTE-A” sınaq şəbəkəsi üçün avadanlıq tədarükçüsü qismində çıxış edib. Şəbəkənin nümayişi göstərib ki, şəbəkə “LTE-A” texnologiyasından istifadə sayəsində 770 Mbit/s sürətində yükləməni təmin edir.  

Nümayiş avqustun sonunda “Global TD-LTE”  (Global TD-LTE Initiative) təşəbbüs qrupu tərəfindən 3,5 giqahersli “LTE TDD” sahəsində ən yeni məhsullar üzrə seminarda keçirilib. Seminarda 3,5 giqahers tezlik spektrinin həyata keçirilməsi müddətinin müəyyənləşdirilməsi və bu texnologiyaların ümumi vahid ekosistemdən istifadə məsələləri müzakirə olunub.


Tədbir zamanı şəbəkənin kommersiya istismarına verilməmişdən əvvəl məhsuldarlığının qiymətləndirilməsi aparılıb və onun Yaponiya əhalisinin sıx yaşadığı Qinza rayonunun istifadəçilərini bahalı xidmətlərlə təmin etməsi müəyyən edilib.   
 
2015-ci ilədək Yaponiyada 4G kommersiya şəbəkələri üçün 3,4-3,6 giqahers tezlik spektrlərinin mənimsənilməsi gözlənilir. Dünyada 3,5 giqahers tezlik spektrindən istifadə isə yüksəktezlikli genişzolaqlı mobil rabitə xidmətlərinin inkişafına da xidmət edəcək, - “Cybersecurity” www.cybersecurity.ru yazır.   






Baxış sayı: 633

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024