Tarix:20/09/13
Bu gün elmi-texniki biliklərə dərindən yiyələnən mütəxəssislərin hazırlanması istənilən ölkənin inkişaf strategiyasının əsasını təşkil edir. Ölkədə elmi tədqiqatların və innovasiya siyasətinin səmərəsinin artırılması, biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması kimi hədəfləri rəhbər tutan Azərbaycan Milli Elmlər Akademiyası yüksəkixtisaslı, böyük təcrübəyə malik kadrların yetişdirilməsi istiqamətində məqsədyönlü işlər aparır.
Hazırda AMEA ilə xarici ölkələrin qabaqcıl institut və elmi mərkəzləri arasında davamlı əməkdaşlıq əlaqələrinin inkişafı, gənc elmi kadrların yüksək bilik və təcrübə toplaması məqsədilə tədbirlərin yüksək səviyyədə təşkili prioritet məsələlərdəndir. Hər il AMEA-nın xətti ilə dünyanın nüfuzli elmi-tədqiqat institutları və elmi mərkəzlərinə ixtisas artımı, mühüm elmi araşdırmaların aparılması, təcrübə toplanılması məqsədilə onlarla gənc alim və mütəxəssis ezam olunur.
AMEA-dan verilən məlumata görə, cari ilin oktyabr ayında AMEA Neft-Kimya Prosesləri İnstitutunun bir qrup əməkdaşı ixtisas artımı məqsədilə Almaniyaya ezam olunacaq: “Almaniyanın Rostok və Münhen Universitetlərinə bir il müddətinə ezam olunacaq institutun 6 əməkdaşından 2 gənc elmi işçi və mütəxəssis Münhen Universitetində çoxistiqamətli molekulyar analitika qrupunda elmi araşdırma aparacaq.
Digər bir qrup isə Rostok Universitetində neft məhsullarının və yanacaqlarının istilik-fiziki xassələri, seçilmiş mineral yağ fraksiyalarının yanacaqlara uyğun xassələrinin araşdırılması və s. proseslərin tədqiqi ilə məşğul olacaq”.
Həqiqət İSABALAYEVA
AMEA ilə Almaniya arasında innovativ təfəkkürlü gənc alim və mütəxəssis hazırlığı siyasəti genişlənir
Müasir dövrdə biliklər iqtisadiyyatına inteqrasiya proseslərinin vüsət alması innovativ təfəkkürlü gənc alim və mütəxəssislərin hazırlığı siyasətinin yüksək səviyyədə həyata keçirilməsini tələb edir.Bu gün elmi-texniki biliklərə dərindən yiyələnən mütəxəssislərin hazırlanması istənilən ölkənin inkişaf strategiyasının əsasını təşkil edir. Ölkədə elmi tədqiqatların və innovasiya siyasətinin səmərəsinin artırılması, biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması kimi hədəfləri rəhbər tutan Azərbaycan Milli Elmlər Akademiyası yüksəkixtisaslı, böyük təcrübəyə malik kadrların yetişdirilməsi istiqamətində məqsədyönlü işlər aparır.
Hazırda AMEA ilə xarici ölkələrin qabaqcıl institut və elmi mərkəzləri arasında davamlı əməkdaşlıq əlaqələrinin inkişafı, gənc elmi kadrların yüksək bilik və təcrübə toplaması məqsədilə tədbirlərin yüksək səviyyədə təşkili prioritet məsələlərdəndir. Hər il AMEA-nın xətti ilə dünyanın nüfuzli elmi-tədqiqat institutları və elmi mərkəzlərinə ixtisas artımı, mühüm elmi araşdırmaların aparılması, təcrübə toplanılması məqsədilə onlarla gənc alim və mütəxəssis ezam olunur.
AMEA-dan verilən məlumata görə, cari ilin oktyabr ayında AMEA Neft-Kimya Prosesləri İnstitutunun bir qrup əməkdaşı ixtisas artımı məqsədilə Almaniyaya ezam olunacaq: “Almaniyanın Rostok və Münhen Universitetlərinə bir il müddətinə ezam olunacaq institutun 6 əməkdaşından 2 gənc elmi işçi və mütəxəssis Münhen Universitetində çoxistiqamətli molekulyar analitika qrupunda elmi araşdırma aparacaq.
Digər bir qrup isə Rostok Universitetində neft məhsullarının və yanacaqlarının istilik-fiziki xassələri, seçilmiş mineral yağ fraksiyalarının yanacaqlara uyğun xassələrinin araşdırılması və s. proseslərin tədqiqi ilə məşğul olacaq”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 663
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır