12px13px15px17px
Tarix:20/09/13

Ən yaxşılar müəyyən olunacaq

6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar rabitə işçiləri arasında peşəkarların müəyyənləşdirilməsi ilə bağlı müsabiqə keçiriləcək. Cari ilin 14- 15 noyabr tarixlərində reallaşacaq yarışda ən yaxşı “şəbəkə inzibatçısı”, “proqramçı”, “mis və optik kabel calayıcısı”, “xətt qurğuları montyoru”, “poçtalyon” və “əməliyyatçı” müəyyənləşəcək.
 
Müsabiqədə iştirak etmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində olan birlik və müəssisələrdə çalışan işçilərlə yanaşı, ölkənin informasiya - kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən özəl şirkətlərin rabitəçiləri də iştirak edə bilərlər.
 
Belə ki, aidiyyəti peşələr üzrə yarışlarda rabitəçi mütəxəssislər işlədikləri müəssisənin təqdimatı əsasında və ya fərdi qaydada müraciət etməklə iştirak edə bilərlər.
 
Bütün peşələr üzrə qalibləri RİTN tərəfindən yaradılan münsiflər heyəti müəyyənləşdiriləcək.
 
Müsabiqənin şərtlərinə görə, “Rabitə ustası” fəxri adı verilmiş mütəxəssislər və həmin peşədə 5 ildən az çalışan şəxslər yarışlarda iştirak edə bilməzlər.
 
Müsabiqə ilə bağlı əlavə məlumat almaq istəyənlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsinin müdir müavini, poçt sektorunun müdiri Novruz Məmmədovla (012-493-43-42) əlaqə saxlaya bilər.
 
SEYMUR



Baxış sayı: 826

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024