Tarix:21/09/13
“Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə icrası nəzərdə tutulan tədbirlərdən biri də “.az” domenindən istifadənin genişləndirilməsi, qeydiyyat prosesinin
təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi”dir. Artıq müvafiq bənd üzrə aparılan işlərin nəticəsində www.online.az saytı fəaliyyətə başlayaraq, “.az” zonasında olan domenlərin qısa vaxt ərzində, çox asanlıqla əldə edilməsi üçün şərait yaradılıb. Amma icrasına yeni başlanılan hər işdə olduğu kimi, bu layihənin də ünvanına təriflə yanaşı, tənqidlər də səsləndirilib. Layihənin əhəmiyyəti, yaranma zərurəti, eyni zamanda fəaliyyət zamanı rast gəlinə bilən müvəqqəti qüsurlarla bağlı “Rabitə dünyası”nın suallarını “İntrans” şirkətinin aparıcı eksperti, domen adlarının qeydiyyatı sisteminin yaradılması layihəsinin rəhbəri Rəşad Qafarlı cavablandırıb:
“Biz də ümumi axına qoşulmuşuq”
-İnformasiya cəmiyyətinə keçid xəttini tutan ölkələrdən biri olaraq, Azərbaycanda İKT sahəsinin inkişafı daim diqqət mərkəzində olub. Bu kontekstdə qəbul edilən “Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları Üzrə Milli Strategiya (2003 - 2012-ci illər)” ölkəmizdə informasiya cəmiyyətinin formalaşması üçün müvafiq hüquqi bazanı yaratmış oldu. Bununla yanaşı, həyata keçirilən dövlət proqramları və aparılan islahatlar ölkəmizin qlobal elektron məkana inteqrasiyasının sürətlənməsini təmin edib. Azərbaycanda ən müasir texnologiyaların tətbiqi, ana dilində internet resurslarının zənginləşdirilməsi və s. ölkəmizdə İKT sahəsinin inkişafının əsas göstəriciləridir. Eyni zamanda bu faktlar İKT sektorunun inkişafına dövlət tərəfindən yüksək səviyyədə önəm verildiyini təsdiqləyir. İqtisadiyyatın gələcək inkişafı üçün İKT sahəsinin prioritet istiqamətlərə daxil edilməsi, bu sahənin genişləndirilməsi hesabına neft sektorunun asılılığından azad olmaqla iqtisadiyyatın diversifikasiyası hədəfi dünyanın qabaqcıl ölkələri kimi Azərbaycanın da düzgün, ən effektiv inkişaf xəttini seçdiyini sübut edir. Qoyulan hədəfə nail olunması istiqamətində həyata keçirilən islahatlarda çox əhəmiyyətli yerlərdən birini də “Elektron hökumət”in qurulması tutur. “Elektron hökumət” yalnız elektron xidmətlərin verilməsini nəzərdə tutmur, eyni zamanda göstərilən xidmətlərə əhalinin girişinin sadələşdirilməsi, daha rahat istifadəsini təmin etməyi ehtiva edir. “Elektron hökumət” həm dövlət, həm də özəl strukturların şəffaf fəaliyyətinin təminatçısıdır. Hal-hazırda Azərbaycanda çox münbit şərait yetişib - dövlət strukturları və şəxsi şirkətlər elektron xidmətləri təqdim etməklə vahid informasiya məkanında birləşirlər. Bu baxımdan, domen adlarının onlayn qeydiyyat sisteminin yaradılması ölkədə bu istiqamətdə aparılan işlərin bir parçasıdır və biz də ümumi axına qoşulmuşuq. Elektron xidmətlərin yaradılması üçün dövlət çox əlverişli mühit yaradıb və bu prosesdə onun dəstəyi böyükdür. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı və bu sahədə əldə edilən təcrübə ilə tanış olmaq imkanı qazanan beynəlxalq ekspertlər də dövlətin dəstəyini bu prosesdə mühüm amil kimi önə çəkərək, dəfələrlə onu müxtəlif reytinqlərdə yüksək dəyərləndiriblər. Çünki dövlət yalnız siyasəti müəyyən etməklə, normativ-hüquqi bazanı formalaşdırmaqla kifayətlənmir, o həm də iqtisadi inkişafa güclü impuls verir. Eyni zamanda dövlət bu inkişafa yönələn proseslərin maliyyə və təşkilati tərəfini təmin edir. Bazarın bütün iştirakçıları, o cümlədən dövlət təşkilatları, şəxsi şirkətlər, qeyri-hökumət təşkilatları, elmi tədqiqat institutları- hamısı ölkənin sabit, dayanıqlı iqtisadi inkişafının təminatı üzrə ümumi məqsədlərə xidmət etmək məqsədilə əməkdaşlıq edirlər. Ölkədə elektron mühitin qurulmasında aparıcı rol isə bu istiqamətdə dövlət proqramlarının reallaşdırması üçün məsuliyyətli qurum kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aiddir.
Sistemin yaratdığı rahatlığı istifadəçilərin özləri də zamanla daha çox hiss edəcəklər
-Bəs yeni sistemin tətbiqi özünü bazarda necə əks etdirəcək?
- Onun bazara təsirini yalnız müsbət baxımdan qiymətləndirmək olar. Sistemin yaratdığı rahatlığı istifadəçilərin özləri də zamanla daha çox hiss edəcəklər. Bu, ilk növbədə məsafə problemini həll etmiş oldu. İndiyə qədər domen adlarının qeydiyyata alınması üzrə əlaqədar qurum Bakıda yerləşdiyindən bu xidmətdən istifadə etmək istəyən vətəndaşlar rayonlardan paytaxta gəlməli olurdu. İndi isə daha harasa getməyə ehtiyac yoxdur. Eyni zamanda “.az” zonası üzrə domenlərin onlayn qeydiyyat sisteminin yaradılmasının ən böyük üstünlüyü internetin milli seqmentinin genişləndirilməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsinə göstərəcəyi müsbət təsiri ilə ölçülür. Hazırda informasiya təhlükəsizliyi qlobal səviyyədə narahatlıq doğuran məsələdir. Bu baxımdan, informasiya təhlükəsizliyinin milli səviyyədə təmin edilməsi də olduqca mühümdür. Biz domen adlarının qeydiyyat prosesini elektron formata salmaqla, informasiya təhlükəsizliyi təminatının ən əhəmiyyətli məsələlərindən birini yerinə yetiririk. Ölkə vətəndaşları, eyni zamanda dünyanın başqa ölkələrində yaşayan vətəndaşlarımız gələcəkdə tədricən milli resurslardan istifadəyə keçəcəklər. Milli resurslara keçidi təmin etməklə, dünyanın başqa ölkələrinin nümayəndələri – həm cinayətkar qruplar, həm də hökumət təşkilatları bundan sonra Azərbaycanın informasiya məkanına müdaxilə etmək, həmçinin informasiya təhlükəsizliyini pozmaq imkanından məhrum ediləcək. Digər tərəfdən, istifadəçilərin sayının artımı qiymətlərin əlverişliliyinə də müsbət təsir edəcək. Məlum olduğu kimi, son statistik məlumatlara əsasən, Azərbaycanda domen adlarının miqdarı təxminən 18.000 təşkil edir. Onlayn qeydiyyat sisteminin fəaliyyətə başladığı ilk illərdə bu rəqəm bir neçə dəfə arta bilər və ölkə vətəndaşları üçün girişin sadələşdirilməsini nəzərə alsaq, gözlənilən artım təəccüb doğurmur.
“Əgər kimsə bunun əksini deyirsə,...”
- Sistemin yaradacağı müsbət amillərə toxundunuz. Amma onun çatışmazlıqlarını, xüsusən qeydiyyat prosesinin hələ də mümkün olmadığını vurğulayanlar da var. Bununla bağlı nə deyərdiniz?
-Təbii ki, istənilən layihənin icrası, sistemin işə salınması xeyirxahlar kimi, bədxahların da diqqətini çəkir. Amma vurğulamaq istərdim ki, Azərbaycanın internet ictimaiyyətinin nümayəndələri arasında nə qədər sıx əməkdaşlıq, həmrəylik olarsa, bir o qədər də ölkənin telekommunikasiya sektorunun inkişafı üçün ümumi ideya və planların həllinə yüksək səviyyədə nail ola bilərik. Təəssüfləndirici haldır ki, insanlar bəzən bu sahədə bir-birinə daha çox mənfi baxımdan rəqib kimi yanaşırlar. İKT sahəsində fəaliyyət göstərənlər bu şəkildə yanaşma əvəzinə, bir-birlərinə tərəfdaş kimi baxsalar, biz daha da böyük nəticələrə nail ola bilərik. İstənilən layihənin test səviyyəsində, ilk fəaliyyətə başladığı zamanlarda müəyyən, kiçik texniki problemlər ola bilər və bu təəccüblü deyil. Onlayn resursların yaradılması ilə bağlı 15 illik iş təcrübəmdə mən hələ ilk gündən
mükəmməl işləyən sistemi xatırlamıram. Bu reallıqdır. Ən məşhur onlayn qaynaqlarının təcrübəsinə əsasən, istənilən sistemlərdə hər hansı yeniliklərin tətbiqi ilk növbədə bir müddət ictimai test rejimində çalışır. Məhz bu müddət ərzində - istifadəçilər tərəfindən məlumat və innovasiyaların istifadəsi zamanı sistemlərdə mövcud və ya potensial boşluqları müəyyən etmək olur. “Google”, “Facebook”, “Youtube” və s. kimi qlobal resurslarda bu təcrübə tətbiq edilir. Təbii ki, bu resurslardan istifadə edən istənilən istifadəçi də dəfələrlə analoji vəziyyətlərlə qarşılaşıb. Əgər kimsə bunun əksini deyirsə, o insan uydurulmuş nəzəriyyə və mövcud olmayan təcrübəyə əsaslanan idealistdir. Onlayn sistemin hazırlanmasına qrupumuz xeyli vaxt və gərgin əmək sərf edib. Biz yalnız gündüzlər çalışmır, yaranan texniki nasazlıqları aradan qaldırmaq üçün gecələr də işləyirik. Əminliklə deyə bilərəm ki, bizim uşağımız sayılan bu sistem hər gün təkmilləşərək, yalnız region ölkələri üçün deyil, dünyanın əksər dövlətləri üçün nümunəvi sistemə çevriləcək. İstifadəçilərin gördükləri yalnız üzərində güclü sistemin qurulduğu platformanın aysberqidir. İstifadəçinin bir kliki bir neçə mürəkkəb prosesin fəaliyyət göstərməsinə gətirib çıxarır. Vurğulamaq istərdim ki, sistemin yaradılmasında hazır istehsal məhsullarından, eyni zamanda proqram təminatının yazılmasında da yad kodlardan istifadə edilməyib. Yəni sistemin işinin maksimal təhlükəsizliyini təmin etməkdən ötrü hər bir şey sıfırdan yaradılıb. Onlayn qeydiyyat sisteminə keçidlə bərabər informasiyanın ötürülməsi öhdəliyinə dair protokolla tənzimlənən EPP (Extensible Provisioning Protocol) sisteminə keçid də reallaşdı. Bu sistem “.az” zonasında domen adlarının verilməsinin qloballaşmasına imkan verir.
“Bunun üçün güclü kompüter sistemləri, ixtisaslı kadrlar və güclü maliyyə vacibdir”
-İnformasiya təhlükəsizliyi məsələsinə toxundunuz. Təhlükəsizliyin pozulması ölkə iqtisadiyyatına, o cümlədən vətəndaşların rifah halına necə təsir göstərə bilər?
- Məlum olduğu kimi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi yeni yaradılıb və informasiya cəmiyyətində belə bir mərkəzin fəaliyyəti ən mühüm islahatlardan biridir. Bütün səviyyələrdə işlərin, xidmətlərin elektron formata keçirilməsi, onlayn rejimdə təqdim edilməsi məlumatların ümumi əlçatanlığına imkan verməklə iqtisadiyyatı daha həssas edir. Məsələn, kompüter şəbəkələrinin sındırılması halları baş verə bilər ki, bu da öz növbəsində dövlət təşkilatları, banklar, ümumiyyətlə, informasiya cəmiyyətindəki müxtəlif təşkilatların fəaliyyətini sıradan çıxara bilər. Bu, həmçinin vətəndaşların şəxsi hüquqlarını da sıxışdırır. Son illərdə qlobal şirkətlərin resurslarında baş vermiş hay-küylü qırılmaları xatırlamaq kifayətdir. Bu baxımdan, dünyada gedən dəyişikliklərlə ayaqlaşıb qlobal informasiya cəmiyyətinə inteqrasiya etməklə yanaşı, informasiya təhlükəsizliyi və onun mümkün riskləri, mənfi nəticələrinin qarşısını almalıyıq. Bunun üçün isə kifayət qədər güclü kompüter sistemləri, ixtisaslı kadrlar və güclü maliyyələşdirmə vacibdir.
Həqiqət İSABALAYEVA
“.az” zonası üzrə domenlərin onlayn qeydiyyat sisteminin yaradılması internetin milli seqmentinin genişlənməsinə xidmət edəcək

Baxış sayı: 1023
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib