12px13px15px17px
Tarix:23/09/13

“Huawei” Avropada 5500 iş yeri açmaq niyyətindədir


Çinin şəbəkə elektronikası istehsalçısı "Huawei" şirkəti qarşıdakı 5 ildə Avropada 5500 iş yeri yaratmaq niyyətindədir. Bu barədə Çinin dövlət qəzeti "China Daily" məlumat verib.  

Dünyanın ikinci nəhəng telekommunikasiya avadanlığı istehsalçısının nümayəndələri bildiriblər ki, şirkət Avropa alıcılarına genişzolaqlı internetə çıxış üçün qabaqcıl layihələndirmə və idarəetmə məhsullarını da təqdim etmək istəyir. "Huawei Enterprise Business Group" şirkətinin marketinq üzrə prezidenti Patrik Çen qeyd edib ki, "Huawei"in Avropadakı bu biznesinin illik mədaxili 3-5 ildən sonra 1 milyard dollardan çox olmalıdır.

Şirkət nümayəndələri həmçinin vurğulayıblar ki, "Huawei"Avropa Komissiyasının şirkətin rəqabətsizlik davranışı və Çin hökumətindən beynəlxalq aləmdə genişlənməsi üçün ucuz kredit və dotasiyalar alması ilə bağlı ittihamlarına baxmayaraq Avropadakı biznesini genişləndirəcək. P.Çen onu da bildirib ki, "Huawei"in nəzərincə Avropa şirkət üçün Çin kəşfiyyat ilə əməkdaşlıqda günahlandırıldığı ABŞ ilə müqayisədə daha perspektivli bazardır. "Bizim Avropadakı gözləntilərimiz bir neçə əsassız ittihamlarla üzləşdiyimiz ABŞ-dan fərqlənir", - o əlavə edib.

"Huawei" nümayəndələri həmçinin bildiriblər ki, şirkət qarşıdakı 5 ildə istehlak qurğuları və korporativ xidmətlər sayəsində mədaxili təxminən 10 faiz artırmaq niyyətindədir. 2012-ci ildə Çin istehsalçısının satış həcmi 35 milyard dollar təşkil edib, - "Cybersecurity -www.cybersecurity.ru" yazır.





Baxış sayı: 749

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024