12px13px15px17px
Tarix:11/08/11

AMEA və CERN arasında məlumatların ötürülməsinin sürəti 10 dəfə artacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu və Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) arasında məlumatların ötürülməsinin sürəti 10 dəfə artırılacaq. Bu barədə Fizika İnstitutunun Yüksək enerji laboratoriyasının müdiri Övsət Abdinov deyib. Onun sözlərinə görə, məlumatların ötürülməsi şəbəkəsinin buraxılış qabiliyyəti yaxın aylarda artırılacaq. Bu, institutun hesablama mərkəzinə EGI (European Grid Infrastructure) layihəsi çərçivəsində verilən Avropa Paylayıcı Şəbəkəsinin bərabərhüquqlu iştirakçısı olmağa imkan verəcək. Hazırda Fizika İnstitutu və CERN arasında informasiya mübadiləsi üçün rabitə kanalının buraxılış qabiliyyəti 25 Mbit/s təşkil edir. "Rabitə kanalının buraxılış qabiliyyətinin artırılması Azərbaycanın GRID seqmentinin "Atlas" layihəsinə inteqrasiyası üçün başlıca şərtlərdən biridir", - Abdinov bildirib.
Söhbət Fizika İnstitutunun hesablama mərkəzinin Avropa Nüvə Tədqiqatları Mərkəzində akkreditasiyasından gedir. "Atlas"da akkreditasiya böyük adron kollayderində əsas fiziki eksperimentlərin aparılması üçün lazımdır. Fizika İnstitutunun DATA mərkəzinin hesablama qurğuları artıq Avropa mərkəzinin informasiya axının emalına cəlb edilib. Fizika İnstitutunun Data mərkəzinin hesablama qurğuları artıq Avropa mərkəzinin informasiya axınının emalı üçün işə salınıb. Hazırda Fizika İnstitutu Avropa Paylayıcı Şəbəkəsinin resurslarından istifadə edə bilir, lakin yüksək sürətin olmaması "Atlas"a qoşulan istifadəçilərə institutun DATA mərkəzindən istifadə etməyə imkan vermir.
33 ölkədə yerləşən 200 kompüterdən ibarət EGI layihəsi çərçivəsində paylayıcı şəbəkə 2010-cu il sentyabrın 14-də işə salınıb. Layihə çərçivəsində bütün dünyanın 300 DATA mərkəzində yerləşən kompüterlərin hesablama gücündən istifadə ediləcək. Azərbaycan seqmentində Avropa Mərkəzinin Fizika İnstitutuna verdiyi 300 kompüter cəlb edilib. Fizika İnstitutuna CERN-in informasiya axınının emalı ilə yanaşı, iştirakçı ölkələrin resurslarından mürəkkəb tapşırıqların həllində milli maraqlar (enerji resurslarının aşkar edilməsi üzrə geoloji tədqiqatların aparılması, tibbdə və s.) üçün istifadə etməyə də imkan verəcək.



Baxış sayı: 1137

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024