12px13px15px17px
Tarix:23/09/13

Su haqlarını “MobilBank”la da həyata keçirmək mümkündür


“Azərsu” ASC informasiya - kommunikasiya texnologiyalarından yararlanmaqla xidmətlərindən istifadə edənlərin ödəniş etməsi prosesini asanlaşdırıb. Belə ki, “MobilBank” xidmətinin abunəçiləri “Azərsu”yun xidmətlərini ödəmə imkanı əldə ediblər. Bunun üçün  ödəmə prosesi həyata keçirilən zaman ödəmələr menyusunda “Abunə” kodunu və məbləği daxil edərək “əməliyyatı təsdiq edin” düyməsi sıxılmalıdır.
 
“MobilBank” xidməti balansı yoxlamaq, hesabdan çıxarışı almaq, kartın oğurlanması və ya itirilməsi hallarında onu bloklaşdırmaq, pulu kartdan karta köçürmək, mobil operatorların, internet provayderlərin, TV və kommunal şirkətlərin xidmətlərini ödəmək, “Cash by Code”  xidmətindən istifadə etmək və birdəfəlik parolları yaratmaq imkanı verir. Gələcəkdə menyunun yeni ödənişlər və xidmətlər ilə genişləndirilməsi planlaşdırılır.
 
SEYMUR



Baxış sayı: 764

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024