12px13px15px17px
Tarix:24/09/13

“Google” şirkəti cookie fayllara əvəzetmə axtarır

“Google” şirkəti istifadəçilərin internetdəki fəaliyyətini izləmək üçün yeni sistemlə maraqlanır. Dünyanın ən böyük axtarış sistemi anonim identifikator (AdID) yarada bilər və o, istifadəçilərə öz məlumatları üzərində daha böyük nəzarət imkanı, eyni zamanda elan verənlər üçün istifadiçilərə daha effektiv kontekst reklamı nümayiş etdirmək imkanı yaradacaq.

“ICTnews” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, hazırda istifadəçinin internetdəki fəallığını təhlil etmək üçün cookie fayllardan istifadə olunur. Brauzerdə saxlanılan kiçik mətn fraqmentləridir və elan verənlərə elanlarını konkret auditoriyaya hədəfləməkdə kömək edir. Bu zaman axtarış sorğularının tarixi, ziyarət edilən saytlar və s. əsas götürülür.

Cookie fayllara qarşı əsas iddia ondan ibarətdir ki, onlar məxfi informasiyanı (məsələn, insanın əsl adını) aşkar edə və onu marketoloqlara verə bilər. Güman edilir ki, AdID identifikatorlar istifadəçiyə sözügedən məlumatları qadağan etməyə imkan verəcək.

Emil Hüseynov



Baxış sayı: 1219

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024