12px13px15px17px
Tarix:11/08/11

“Microsoft” məhsullarındakı 22 boşluq aradan qaldırılıb

“Microsoft” şirkəti avqust ayında 22 boşluğu aradan qaldıran “patch” istifadəyə verib. Onu “Windows Update”, “Microsoft Update” xidmətləri, “Windows”a quraşdırılan avtomatik yeniləmə vasitəsilə, həmçinin korporasiyanın veb-saytından yükləmək olar. Bu dəfə 22 boşluq aradan qaldırılıb. Onların təsviri üçün 13 təhlükəsizlik bülleteni lazım olub. 3 boşluq kritik adlandırılıb; onlar uzaq kompyuterə tam giriş almağa və həmin kompyuterdə sərbəst kodu icra etməyə icazə verir. Daha 15 boşluq "vacib" kimi, digər 4-ü isə orta təhlükəli kimi xarakterizə edilib.
Boşluqlar “Windows” əməliyyat sisteminin bütün versiyalarında, həmçinin “Windows 7”, ofis proqram təminatı, “Visual Studio” paketi və digər proqramlarda tapılıb. Bundan başqa, “İnternet Explorer” səyyahı üçün yığılmış yeniləmə paketi də istifadəyə verilib.


soft.compulenta.ru



Baxış sayı: 1136

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024