Tarix:24/09/13
Bu veb-sayt 2001-ci il yanvar ayının 15-də fəaliyyətə başlayıb və hal-hazırda dünyada bütün nəşrlərdə təxminən 35 milyon qeydiyyatdan keçmiş istifadəçisi var. "Wikipedia.com" saytı qeyri-kommersiya, xeyriyyə təşkilatı olan Vikimedia Fonduna məxsusdur. Bu təşkilat həmçinin, "Vikilüğət", "Vikikitab" və "Vikixəbər" s. kimi bir çox layihələri həyata keçirir. Beləliklə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən "VikiHərəkat" çərçivəsində "http://viki.agta.az/" saytı "Vikipediya" haqda bilmədiyiniz faktları təqdim edir:
Həqiqət İSABALAYEVA
“Vikipediya”da ən çox redaktəyə Corc Buş haqda məqalələr məruz qalır
Deyilənə görə, bir tələbə buraxılış günü keçirilən mərasimdə diplom alarkən universitet həyatındakı davamlı uğurları üçün "Vikipediya"ya təşəkkür edib. Bunun bir zarafat olmasına baxmayaraq, "Vikipediya", həqiqətən bilik əldə etmək və dünyanın demək olar ki, bütün faktlarının doğruluğunu yoxlamaq üçün ən etibarlı veb saytlardan biridir. İnternetdə ən çox ziyarət edilən 6-cı veb-sayt olan "Vikipediya" minlərlə könüllülər tərəfindən davamlı olaraq yenilənən bir ensiklopediyadır.Bu veb-sayt 2001-ci il yanvar ayının 15-də fəaliyyətə başlayıb və hal-hazırda dünyada bütün nəşrlərdə təxminən 35 milyon qeydiyyatdan keçmiş istifadəçisi var. "Wikipedia.com" saytı qeyri-kommersiya, xeyriyyə təşkilatı olan Vikimedia Fonduna məxsusdur. Bu təşkilat həmçinin, "Vikilüğət", "Vikikitab" və "Vikixəbər" s. kimi bir çox layihələri həyata keçirir. Beləliklə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən "VikiHərəkat" çərçivəsində "http://viki.agta.az/" saytı "Vikipediya" haqda bilmədiyiniz faktları təqdim edir:
- "Vikipediya"nın 285 dildə dərc olunmuş 4 milyondan artıq məqaləsi var və bu məqalələrin demək olar ki, hamısı "Vikipediya"da qeydiyyatdan keçməyən istənilən şəxs tərəfindən nəşr edilə bilər. Baxmayaraq ki, "Vikipediya" ziyarətçilərinə istənilən bir mövzu üzərində tədqiqat apararkən saytdakı kontentə tam güvənməməyi məsləhət görür, bununla belə "Vikipediya"nın kontentinə etibar edə bilərsiniz.
- İstənilən şəxs "Vikipediya" üçün məqalələr yaza və yazdığı məqalələri redaktə edə bilər. Məqalə yazmaq və onu redaktə etmək üçün heç bir qeydiyyat tələb olunmur.
- 2012-ci il yanvar ayının 16-da Vikimedia Fondu SOPA-ya (Onlayn Müəllif Hüquqlarının Pozulmasına Son) qarşı etirazını bildirmək üçün ingilisdilli "Vikipediya"ya girişi 24 saat müddətində qadağan etdi. Bir çox tanınmış saytlar da bu aktda "Vikipediya"nı dəstəklədilər.
- "Vikipediya"nın bütün redaktələr arasında ən çox məqalə ingilis "Vikipediya"sındadır və bu məqalələrin sayı 4,177,451 -dir. Alman "Vikipediya"sı 1,557,829 məqalə ilə ikinci, fransız "Vikipediya"sı isə 1,359,330 məqalə ilə üçüncü yerdədir.
- Əgər dəqiqədə 600 söz və gündəlik 24 saat oxuya bilirsinizsə, sizə "Vikipediya"da bütün mövzunu oxuyub qurtarmaq üçün 7 il lazım olacaq. Bununla belə, sizin işiniz qurtarmış sayılmır. Belə ki, mövzular yenilənəcək və siz onları sıfırdan başlayıb oxumalı olacaqsız.
- Bu günə kimi "Vikipediya"da təxminən 1.8 milyard redaktə icra edilib. İlk redaktə 2001-ci il yanvarın 16-da icra edildiyi halda,1 milyardıncı redaktə 2010-cu il aprelin 16-da həyata keçirilib.
- Hər dəqiqə "Vikipediya"da təxminən 600 redaktə hazırlanır və bu o deməkdir ki, bir saata 36,000, 1 günə isə 864,000 redaktə hazırlanır. Ən çox redaktəyə sahib olan məqalə Corc Buş haqqında olan məqalədir. Bu məqalədə ən çox redaktə etmiş istifadəçi isə İndianadan olan Jastin Anthoni Knappdır. Bu şəxs "Vikipediya"da 1 milyondan artıq redaktə etmiş və hələ də etməkdədir.
- "Vikipediya" haqqında ən maraqlı faktlardan biri budur ki, saytda bir dənə də olsun, reklam yoxdur. Bu qeyri-kommersiya təşkilatıdır və öz layihələrini onlayn şəkildə həyata keçirilə bilən ianələr üzərində davam etdirir.
- "Vikipediya"nın ümumilikdə 29,621,520 səhifəsi var. Hesablamalara görə, "Vikipediyada"kı bütün mətnlər CD-yə köçürülsəydi, ümumi məlumatın həcmi 10 GB olardı.
- Hər saniyə "Vikipediya" təxminən 2500 sorğu qəbul edir və bu çox böyük bir tələbatdır. Lakin "Vikipediya"nın bu tələblərin öhdəsindən gələ bilən 350 müxtəlif serveri var.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1023
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib