12px13px15px17px
Tarix:25/09/13

ƏMDK-nin 15 elektron xidməti “Elektron xidmətlər reyestri”ndə qeydə alınıb

Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, sahibkarlar arasında rəqabət mühitinin formalaşdırılması, daşınmaz əmlak bazarının daha da aktivləşdirilməsi prosesində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən elektron xidmətlərin təşkili görülən işləri daha da sürətləndirir. Hazırda komitə tərəfindən elektron əmlak idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı, daşınmaz əmlak üzrə ipotekanın və lizinqin təşkili, müsadirə olunmuş, dövlətin mülkiyyətinə keçmiş əmlakların və nəqliyyat vasitələrinin elektron hərraclar vasitəsi ilə satışı, dövlət əmlakının səmərəli idarəçiliyinin təşkili və s. istiqamətlər üzrə  15 elektron xidmət təsdiq edilib.
 
 Bu barədə "ICTnews" elektron xəbər xidmətinə adıçəkilən komitənin mətbuat xidmətindən bildirilib. Komitədən qeyd edilib ki, vətəndaşların və hüquqi şəxslərin bu elektron xidmətlərdən şəffaf və rahat istifadə edə bilmələri üçün həmin xidmətləri vahid məkanda cəmləyən “www.e-emdk.gov.az” portalı istifadəyə verilib: “Komitəmiz öz vəzifə və funksiyalarının icrası istiqamətində Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarlarına əsasən elektron xidmətlərin təşkili və onların həyata keçirilməsi ilə bağlı işlər görür”.
 
ƏMDK-dan o da əlavə edilib ki, “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 05 fevral tarixli Fərmanın icrası ilə bağlı komitənin fəaliyyət istiqamətləri üzrə göstərilən 4 interaktiv və 3 informativ tipli elektron xidmətin “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiyası və komitənin fəaliyyət istiqamətləri üzrə təsdiq edilmiş 15 elektron xidmətin “Elektron xidmətlər reyestri”ndə qeydə alınması işləri görülüb.
 
Ümumilikdə 2013-cü ilin oktyabr ayınadək komitə tərəfindən göstərilən “Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı”  elektron xidmətləri üzrə 6000-dən çox müraciət daxil olub: “Komitənin fəaliyyət istiqamətləri üzrə yeni elektron xidmətlərin vətəndaşların və hüququ şəxslərin istifadəsinə verilməsi istiqamətində davamlı olaraq işlər görüləcəkdir”.
 
SEYMUR



Baxış sayı: 930

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024