12px13px15px17px
Tarix:25/09/13

Rusiyada xüsusi sosial şəbəkə yaradılacaq

Rusiyada vətəndaşların bir-birilərinə və Fövqəladə Hallar Nazirliyinə baş vermiş təbii fəlakət haqqında informasiya ötürməsi üçün xüsusi şəbəkə yaradılacaq.

"Məkan məlumatlarının kollektiv emalı sistemi" adlanan layihənin icrası 200 milyon rubla (4 940 000 AZN) başa gələcək. Layihəni Perspektiv Tədqiqatlar Fondu maliyyələşdirəcək.

Sistem mahiyyətinə görə "ekspert sosial şəbəkə" rolunu oynayır ki, burada könüllülər müxtəlif qəza və təbii fəlakətləri aşkar edərək bu haqda "team112.ru" saytına foto/video və ya mətn formasında məlumat verəcəklər.
"ICTnews" elektron xəbər xidməti "ict.az" saytına istinadən bildirir ki,  layihə 2014-cü ildə istismara veriləcək.

Emil Hüseynov



Baxış sayı: 631

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024