Tarix:25/09/13
ABŞ-ın "Boeing" təyyarə istehsalı konserninin nümayəndələri ölkənin Hərbi Hava Qüvvələrində istifadədən çıxarılmış "F-16" təyyarələrinin təkrar utilizasiyası üzrə layihə üzərində iş apardıqlarını açıqlayıblar. Belə ki, bundan sonra təyyarələrin bir qismi pilotsuz uça biləcək.
Konsernin məlumatına əsasən, "F-16" təyyarəsinin yenidən avadanlıqlaşdırılmış ilk nümunəsi Florida ştatının Tindall bazasından ilk sınaq uçuşu edərək yerdə olan ABŞ HHQ-nin pilotlarının idarəetməsi ilə Meksika körfəzi üzərindən uçub. Layihəyə məsul mühəndis Pol Sehasın sözlərinə görə, uçuş uğurla həyata keçirilib və qırıcı təyyarə çox gözəl eniş edib.
"Boeing" nümayəndələri bildiriblər ki, yenilənmiş qırıcı təyyarələr gələcək pilotların məşqləri üçün istifadə oluna bilər. Bundan başqa, yenilənmiş "F-16"nın ilk nümunəsi lazım gəldikdə öz-özünü məhvetmə sistemi ilə təchiz olunub, - "Cybersecurity" www.cybersecurity.ru yazır.
“Boeing” istifadədən çıxarılmış “F-16” təyyarələrini pilotsuz uçan təyyarəyə çevirir

Baxış sayı: 615
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır