12px13px15px17px
Tarix:25/09/13

Yeni “iPhone 5S”in maya dəyəri 199 dollar təşkil edir

“IHS” analitik şirkəti yeni “iPhone 5S” qabaqcıl smartfonunun 16 QB-lıq modelinin komponentlərinin maya dəyəri haqqında məlumatlar dərc edib. Şirkətin hesablamalarına əsasən, sözügedən aparatın maya dəyəri 199 dollar təşkil edir. Həmçinin bildirilib ki, Çində yerləşən zavodda bir “iPhone” smartfonunun sənaye quraşdırılması 8 dollar  təşkil edir. Bu məbləğ, həmçinin qiymətə daxil edilib.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.u” saytına istinadən bildirir ki, şirkət, həmçinin “iPhone 5C” smartfonunun büdcəyə uyğun modelinin maya dəyərini təhlil edib və təyin edib ki, bu modelin komponentlərinin dəyəri yaddaşın həcmindən asılı olaraq 173-183 dollar təşkil edir. Bu aparatın quraşdırılması 7 dollara başa gəlir.

Hər iki qurğunun bahalı komponenti ekrandır. “iPhone 5S” smartfonunda onun qiyməti 41 dollardır.

Emil Hüseynov
 



Baxış sayı: 1147

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024